Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyun

2020
12:00
Taksidən istifadə edən şəxsin ön oturacaqda əyləşməsi məsləhət görülmür

Taksi xidmətindən istifadə edən sərnişinlərin sayı iki nəfərdən çox deyilsə, onlar yalnız arxa oturacaqlardan istifadə edərək mənzil başına çatmalıdırlar.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, qurum tərəfindən taksi sürücülərinə bu barədə tapşırıq verilib:

"Bəzi sürücülər bizə müraicət edərək bildirirlər ki, elə hallar olur ki, sərnişinlər onlardan ön oturacaqda oturmaq üçün israr edirlər. DANX olaraq isə sərnişinlərə bildirmək istəyirik ki, əgər sərnişin sayı bir yaxud iki nəfərdisə, onların ön oturacaqda oturmalarına icazə yoxdur. Biz bununla bağlı taksi sürücülərinə də tapşırıq vermişik. Bu məhdudiyyət qeyri-müəyyən dövrə kimi qüvvədə qalacaq. Taksilərin ön oturacaqlarına bu barədə stikerlər də yapışdırılacaq. Pandemiya dövründə taksilərdə də şəffaf arakəsmə onun üçün yaradılıb ki, sərnişin və sürücü arasındakı izolyasiya qaydalarına əməl olunsun".

N.Allahyarova istisna hallar barədə də söz açıb. O qeyd edib ki, bir ailədən ikidən artıq sərnişin olarsa, tibbi qaydalara əməl edərək onlardan biri öndə əyləşə bilər:

"İstisna hal o zaman yarana bilər ki, bir ailədən üç nəfər mütləq şəkildə harasa getməlidirlər. Bəli, bu zaman onlardan iki nəfəri arxada, bir nəfəri isə qabaq oturacaqda əyləşə bilər. Ancaq hər bir sərnişinin əllərində əlcək, üzlərində maska olmalıdır və ünsiyyət sıfıra endirilməlidir".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
630

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
661

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
752

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
672

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
774

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
605

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
806
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-04-2021 08:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru