Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyun

2020
17:50
Torpaq yolla rayonlara gedib-gələnlər müəyyən edilərək cərimələnəcək

Sərt karantin günlərindən öncə torpaq yollardan istifadə edərək rayonlara gedən sürücülər müəyyən edilərək məsuliyyətə cəlb ediləcəklər.

Bu barədə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, həftə sonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Salyan, Kürdəmir, Yevlax, İsmayıllı və Abşeron rayonlarında sərt karantin tətbiq edildiyindən bəziləri digər rayonlara gediblər. Həmin şəxslərin rayonlara getməsi karantin polis postlarında da sıxlığa səbəb olub. Bəzi sürücülər rayonlara hərəkət üçün icazəsi olmadığından torpaq yollarla gediblər:

"Biz həmin şəxslərə əvvəlcədən xəbərdarlıq etmişdik ki, əgər rayon qeydiyyatı olanlar şəhərdən rayona gedirlərsə, sonra şəhərə buraxılmayacaqlar. Gedənlər arasında ölkə üzrə hərəkətinə icazə verilənlər də var idi. Torpaq yollarla rayona gedib-qayıdanlar texniki vasitələrin köməyi ilə müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar. Həmçinin, bu həftə sonu yenə sərt karantin tətbiq edilərsə, torpaq yollarda polis naryadları xidmət edəcək və gizli yolla rayonlara gedib-gələnləri aşkarlayacaqlar".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
545

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
581

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
632

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
557

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
678

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
540

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
696
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-04-2021 22:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru