
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya-Azərbaycan sərhədində baş vermiş hadisəyə münasibət bildirib.
AZƏRTAC-ın sualını cavablandıran Hikmət Hacıyev deyib: “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin Dağıstan istiqamətində Məhərrəmkənd rayonu, Kullar postunda baş vermiş hadisə ilə bağlı təəssüfümüzü bildiririk. Ümumiyyətlə, COVID-19 qlobal pandemiyası səbəbindən 2020-ci ilin mart ayının ortalarından etibarən ölkəmizin quru sərhədləri və xüsusi çarter reysləri vasitəsilə 20 min nəfərdən artıq Azərbaycan Respublikası vətəndaşının ölkəmizə geri qayıdışı təmin edilib.
2020-ci ilin mart ayının sonu, aprel ayının əvvəlindən etibarən Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında “Samur” sərhəd buraxılış məntəqəsi və beynəlxalq hava limanları vasitəsilə 2976 nəfər Azərbaycan Respublikası vətəndaşının Rusiyadan ölkəmizə geri qayıdışı təmin olunub.
Rusiya Federasiyası ərazisində olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizdəki xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi vaxt qrafiki çərçivəsində və qeydiyyat əsasında ölkəmizə geri qayıdışının təmin edilməsi üçün “Evə gedirəm” adlı portal yaradılıb.
Azərbaycan Respublikası və Rusiya Federasiyasının aidiyyəti dövlət qurumları tərəfindən qarşılıqlı əlaqələndirmə şəklində vətəndaşların həftəlik əsasda müəyyən olunmuş qrafik çərçivəsində ölkəmizə geri qayıdışı təmin olunur. Həftəlik qrafik çərçivəsində 19 mayda 120 nəfər, 26 mayda 131 nəfər, 2 iyunda 122 nəfər, 9 iyunda 130 nəfər vətəndaş “Samur” sərhəd buraxılış məntəqəsindən ölkəmizin ərazisinə keçib. Bu qrafik üzrə bu gün 150 nəfərdən artıq vətəndaşın ölkəyə keçməsi təmin olunacaq. Həmçinin bu həftə “Evə gedirəm” portalı vasitəsilə qeydiyyata düşmüş vətəndaşların Bakı-Moskva-Bakı çarter reysi ilə geri qaytarılması da nəzərdə tutulub.
Vətəndaşların ölkəyə geri dönməsi zamanı, ilk növbədə, üstünlük yaşlılara, xəstələrə, qadınlara və uşaqlara, ailələrə verilir və Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin qəbuletmə imkanları nəzərə alınır.
“Samur” sərhəd keçid məntəqəsi ətrafına toplaşan vətəndaşlarımız müəyyən edilmiş qaydalara riayət etməli, növbəlilik prinsiplərini pozmamalı və aidiyyəti dövlət qurumlarının öz fəaliyyətlərini həyata keçirmələrinə mane olmamalıdırlar. Mövcud durumda vətəndaşlarımızı anlayış göstərməyə çağırırıq”.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun22-01-2020 11:28 Azərbaycanla Aİ arasında yeni sazişin 90 faiz hissəsi razılaşdırılıb
17-01-2020 12:40 Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünə qətiyyətli və birmənalı d
12-12-2019 11:47 Hikmət Hacıyev: Ermənistanda dövlət səviyyəsində çox ciddi təbliğat aparılır,
06-09-2019 12:04 "Biz heç bir dairəyə Azərbaycanın daxili işlərinə qarışmağa imkan vermirik"
01-06-2019 11:53 Minsk qrupu icmanın tələblərini dinlədi - Hikmət Hacıyev
30-03-2019 14:05 Hikmət Hacıyev prezidentlərin Vyana görüşündən danışdı
- 25-06-2020 09:50 Kərəm Həsənovun kadrları işdən çıxarıldı - SİYAHI
- 23-06-2020 17:45 "Düşmənə qarşı hamılıqla səfərbər olmalıyıq" - Hacı Mövsüm Səmədov
- 19-06-2020 13:42 Vəzifəli və hüquqi şəxslərlə bağlı yükək məbləğdə yeni cərimələr müəyyən edilir
- 19-06-2020 12:20 Samir Şərifov deputatı sərt tənqid etdi
- 19-06-2020 11:58 Dövlət büdcəsinin icrası son oxunuşda təsdiq edildi
- 19-06-2020 11:49 Millət vəkili 190 manatın iyun və iyul aylarında da verilməsini təklif edib
- 19-06-2020 09:32 Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək
- 17-06-2020 15:07 İranlı nazir Şahin Mustafayevə zəng edib
- 17-06-2020 13:21 İran Azərbaycana təşəkkür etdi
- 16-06-2020 16:45 Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum oldu
- 16-06-2020 16:05 H.Hacıyev Dağıstanda azərbaycanlılarla bağlı baş vermiş hadisəni şərh edib
- 12-06-2020 13:26 Dövlət büdcəsinin icrası təsdiq edildi
- 12-06-2020 09:07 Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək
- 11-06-2020 08:52 Sabah Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçiriləcək
- 10-06-2020 17:42 M. Elmar : Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir
- 10-06-2020 14:44 Azərbaycan XİN bəyanat yayıb
- 10-06-2020 13:50 Azərbaycanla Türkmənistan arasında ikitərəli sənədlər təsdiqlənib
- 10-06-2020 12:04 Azərbaycan Yəmən xalqına yardım edib
- 09-06-2020 12:05 Milli Məclis iki yeni qanun layihəsinin müzakirəsini təxirə saldı
- 08-06-2020 13:31 Azərbaycanda bir qəsəbəyə şəhər, iki kəndə isə qəsəbə statusu verilir
- 08-06-2020 10:10 Babək rayonunun ərazi bölgüsündə dəyişiklik müzakirə ediləcək
- 05-06-2020 10:40 Mətbuat Şurası jurnalistlərə müraciət edib
- 05-06-2020 09:52 Bu gün növbədənkənar iclasda 4 məsələ müzakirə ediləcək
- 04-06-2020 09:34 Bu gün keçirilən iclasda bir neçə qanun layihəsini müzakirə ediləcək
- 02-06-2020 12:43 Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası təyin edilib