
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 14 iyun tarixindən 2 gün ərzində Bakı şəhəri də daxil olmaqla 3 şəhər və 5 rayonun ərazisində sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin strukturları, şəhərin kommunal xidmətləri tərəfindən əlavə tədbirlər həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumatına görə, paytaxtda koronovirus pandemiyası ilə mübarizə tədbirlərinin mühüm bir hissəsini yaşayış binaları, giriş blokları, ümumi istifadə yerləri, idman meydançaları, lift kabinaları və digər yerlərin təmizliyinin təmini, həmin yerlərin mütəmadi olaraq dezinfeksiyası təşkil edir.
Eyni zamanda məişət tullantılarının vaxtında daşınması da mühüm əhəmiyyət kəsb edir.
Keçən həftə sərt karantin günlərində vətəndaşların üzləşdiyi müəyyən çətinliklərlə bağlı onların müraciətləri nəzərə alınaraq kommunal xidmətlər tərəfindən paytaxtın bütün rayonlarında məişət tullantılarının atılması üçün konteyner meydançası olmayan çoxmərtəbəli yaşayış binalarının həyətlərinə, blokların çıxışına yaxın yerlərdə məişət tullantılarının atılması üçün tullantı konteynerləri qoyulur. Bu da 2 günlük sərt karantin günlərində sakinlərin problemlərinin həllinə kömək olacaqdır.
Bildirilib ki, dünəndən etibarən bu prosesə başlanılıb. İki gün ərzində meydançalardakı mövcud konteynerlərdən əlavə daha 1000-dən çox belə konteyner qoyulacaq və bu, müvəqqəti haldır. Sonradan konteynerlər yığışdırılaraq meydançalara qaytarılacaq.
Həmin günlərdə kommunal xidmətlər gücləndirilmiş iş rejimində çalışacaq, bu konteynerlərin ətrafı da dezinfeksiya ediləcək.(apa)

Çavuşoğlu Rusiyanın Türkiyəyə uçuşları məhdudlaşdırmasına münasibət bildirib
14
Aprel- 14-04-2021 16:53 Yoluxanların sayı ilə bağlı statistika
- 14-04-2021 14:21 MİDA 21 milyon manatlıq 2 tenderə yekun vurub
- 14-04-2021 13:01 Sabahın hava proqnozu açıqlandı
- 14-04-2021 12:09 Azərbaycanda 41% vətəndaş 65 yaşa çatmadan ölür
- 14-04-2021 11:14 “Space”də yoxlamalar başladı: Vaqif Mustafayevin dövrü araşdırılır
- 14-04-2021 09:36 Azərbaycanda Ramazan ayı başladı
- 13-04-2021 17:14 “Nar” “Yeniliklər Dalğası” kampaniyasına start verir
- 13-04-2021 16:04 Vətən müharibəsi şəhidləri üçün 321 ağac əkildi
- 13-04-2021 14:42 İlham Əliyev Avro-2020-nin Bakıda keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb
- 13-04-2021 14:18 Sabah hava küləkli olacaq
- 13-04-2021 11:58 Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib - VİDEO
- 13-04-2021 11:51 Hesablama Palatası Milli Məclisə hesabat verir
- 13-04-2021 11:30 Bu həftəyə olan hava proqnozu açıqlanıb
- 13-04-2021 11:07 AİP Ramazan ayının gəlişi münasibətilə xalqımızı təbrik etdi
- 13-04-2021 10:08 Ölkənin 25 şəhər və rayonunda buraxılış imtahanları keçiriləcək
- 13-04-2021 09:46 Jurnalistlərin Cəbrayıl və Qubadlıya səfərləri başladı
- 12-04-2021 16:50 Daha 1 151 nəfər koronavirusa yoluxub, 29 nəfər ölüb
- 12-04-2021 16:34 Prezident “İskəndər M”lə bağlı cavab tələb etdi
- 12-04-2021 15:51 Sahil Babayev özünə daha bir müşavir təyin edib
- 12-04-2021 14:30 Azərbaycan ordusunda növbəti təlimlər başladı
- 12-04-2021 14:22 Daha 4 məktəb koronavirusa görə bağlandı
- 12-04-2021 13:41 Sabah hava necə olacaq?
- 12-04-2021 12:56 Daha bir şəhidimizin övladı dünyaya gəlib - FOTO
- 12-04-2021 11:59 Koronavirusa yoluxan Niyaməddin Musayev xəstəxanaya yerləşdirildi
- 12-04-2021 11:14 DSMF: Pensiyalar aprelin 15-i tam ödəniləcək