Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2020
16:14
Baş hidroloq: 24 il əvvəlki iyunda qeydə alınan yüksək temperatur bu il təkrarlana bilər

Bu gün də daxil olmaqla, son günlər ərzində Bakıda və Abşeron yarımadasında müşahidə edilən temperatur iqlim normasından 4-5 dərəcə yüksək olub.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mi­lli Hidrometeorologi­ya Xidmətinin baş hidroloqu Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, iyunun son günlərində Bakıda və Abşeron yarımadasında temperaturun yüksəlməsi müşahidə edilir. Dünən Bakıda 35-37 dərəcə isti müşahidə edilib ki, bu da iqlim normasından 4-5 dərəcə çox olub.

A.Verdiyev qeyd edib ki, iyunun 13 və 14-də temperaturun bir qədər də yüksələcəyi gözlənilir. Həmin günlərdə Bakıda Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturunun 40 dərəcəyədək, Mərkəzi Aran rayonlarında 42 dərəcəyədək yüksəlməsi gözlənilir.

Nazirlik rəsmisi bildirib ki, son 25-27 il ərzində iyunda ən yüksək temperatur 40 dərəcə olmaqla, 1996-cı il iyunun 17-də müşahidə edilib:

“Əgər iyunun 13-14-də Bakıda 40 dərəcə isti müşahidə edilərsə, onda bu il iyun ayında 1996-cı ildəki yüksək temperatur təkrar qeydə alınacaq” .

Baş hidroloq son 25-27 ildə ən isti iyun ayının 2019-cu ildə qeydə alındığını söyləyib:

“Lakin ötən il iyunun isti keçməsi yalnız Azərbaycanda deyil, bütün dünyada müşahidə edilib. Bu il iyun ayı hələlik isti keçir. Qeydə alınan temperatur uyun ayı üçün xarakterik deyil, amma indiyədək iyun ayı üçün anomal temperatur müşahidə edilməyib".

Məqalədə : hava 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 2-ci gününün duası - AUDİO

14

Aprel
20:00
MƏNƏVİYYAT
173

İran neft hasilatını artırır

14

Aprel
14:10
İQTİSADİYYAT
271

QMİ-nin televiziya kanalı fəaliyyətə başlayıb

14

Aprel
13:57
BÖLMƏNİ DÜZ SEÇ!
313

Sabahın hava proqnozu açıqlandı

14

Aprel
13:01
ÖLKƏ
286

Ramazan ayında and içmək orucu batil edirmi?

14

Aprel
11:53
MƏNƏVİYYAT
330

Azərbaycan nefti bahalaşıb

14

Aprel
10:48
İQTİSADİYYAT
386

Bitkoinin qiyməti yeni rekord qırdı

14

Aprel
10:37
DÜNYA
352

Azərbaycanda Ramazan ayı başladı

14

Aprel
09:36
ÖLKƏ
459

Neftin bahalaşması davam edir

14

Aprel
09:25
İQTİSADİYYAT
382

AMB-nin valyuta məzənnələri

14

Aprel
09:11
İQTİSADİYYAT
377

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
401

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
399
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-04-2021 03:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru