Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2020
15:00
Karantin rejiminin tətbiq edildiyi ərazilərdə apteklər ünvana çatdırılma xidməti göstərəcək

Xəbər verildiyi kimi, yeni növ koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, qeyd olunan tarixlərdə sərtləşdirilmiş karantin rejiminin tətbiq edildiyi 9 şəhər və rayonda yalnız ünvana çatdırılma xidməti göstərməklə apteklərin fəaliyyətinə icazə verilmişdir.

Fəaliyyət göstərəcək apteklərin qeyd olunan tarixlərdə işləyəcək əməkdaşlarının və onların avtomobillərinin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək. Qeydiyyat bitdikdən sonra sərtləşdirilmiş karantin günlərində fəaliyyət göstərəcək apteklərin ünvanları, iş saatı və evə çatdırılma xidmətindən istifadə üçün telefon nömrələri barədə məlumat www.koronavirusinfo.az saytında yerləşdiriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 2-ci gününün duası - AUDİO

14

Aprel
20:00
MƏNƏVİYYAT
156

İran neft hasilatını artırır

14

Aprel
14:10
İQTİSADİYYAT
256

QMİ-nin televiziya kanalı fəaliyyətə başlayıb

14

Aprel
13:57
BÖLMƏNİ DÜZ SEÇ!
303

Sabahın hava proqnozu açıqlandı

14

Aprel
13:01
ÖLKƏ
271

Ramazan ayında and içmək orucu batil edirmi?

14

Aprel
11:53
MƏNƏVİYYAT
319

Azərbaycan nefti bahalaşıb

14

Aprel
10:48
İQTİSADİYYAT
381

Bitkoinin qiyməti yeni rekord qırdı

14

Aprel
10:37
DÜNYA
342

Azərbaycanda Ramazan ayı başladı

14

Aprel
09:36
ÖLKƏ
454

Neftin bahalaşması davam edir

14

Aprel
09:25
İQTİSADİYYAT
377

AMB-nin valyuta məzənnələri

14

Aprel
09:11
İQTİSADİYYAT
372

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
391

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
394
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-04-2021 02:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru