Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2020
14:35
ABC News: ABŞ Rusiya hərbi təyyarələrinin iki qrupunu Alyaskanın sahilində hədəfə alıb

"ABC News" xəbər verir ki, Amerika qırıcıları Alyaska sahillərində beynəlxalq hava məkanında Rusiya hərbi təyyarələrinin iki dəstəsini, o cümlədən Tu-95 bombardmançılarını, Su-35 qırıcılarını və A-50 uzun mənzilli radar aşkaretmə və nəzarət təyyarəsini hədəfə alıb. Bildirilir ki, Rusiya təyyarələri ABŞ-ın hava hücumundan müdafiə zonasına girib və qruplardan biri ABŞ hava məkanından 13 km məsafədə tutulub.

Məqalədə qeyd olunur ki, Rusiya təyyarələrini hədəfə götürən F-22 qırıcıları, KC-135 "Stratotankers" yanacaqdoldurma təyyarələrinin və "E-3 AWACS" erkən xəbərdarlıq radarlarının dəstəyi ilə fəaliyyət göstəriblər.

"İki Tu-95 bombardmançısından və A-50 təyyarəsindən ibarət olan ikinci qrup 34 dəniz mili (63 km.) məsafəyə yaxınlaşdı", - deyə bildirilən NORAD bəyanatında deyilir: "Rusiya hərbi təyyarələri beynəlxalq hava məkanında qaldı və ABŞ suveren hava məkanına daxil olmadı."

Xəbərdə bildirilir ki, Alyaska Hava Hücumundan Müdafiə Zonası sahil xəttindən 320 km məsafədə uzanır və ABŞ üçün milli təhlükəsizlik baxımından daxim izlənilən bir hava məkanıdır.

Məqalədə : ABŞ təyyarəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
545

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
581

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
632

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
557

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
678

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
540

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
696
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-04-2021 21:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru