Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyun

2020
15:56
Azərbaycanda məşqlərə maskada gəlmək tələb olundu - SİYAHI

Azərbaycan Premyer Liqasında çıxış edən komandaların məşqlər zamanı riayət etməli olduqları ümumi müddəalar açıqlanıb. 

Klublar AFFA tərəfindən göndərilmiş sanitar-gigiyena təlimatına riayət etməlidirlər. 

Komanda üzvləri məşqə qədər olan prosesdə tibbi maskalardan istifadə etməlidirlər. Məşq zamanı yalnız fiziki hərəkətdə olan şəxslər üçün tibbi maska taxmaq məcburiyyəti yoxdur. Digər inzibati heyət tibbi maskada olmalıdır.

Futbolçuların, bazaya, stadiona gələn bütün şəxslərin hərarətləri mütəmadi olaraq nəzarətdə saxlanılmalı və onlarla həkim tərəfindən fərdi söhbət aparılmalıdır. Futbolçuların bazada iki nəfərlik otaqlardan, eləcə də sosial məsafə qorunması mümkün olan otaqlardan istifadə etmək imkanı yoxdursa, oyunçular məşqə hazır formada gəlməli və oyundan sonra tələblərə uyğun olmayan otaqlarda duş qəbul etməməlidirlər.

Qapalı zalların istifadəsinə icazə verilmir. Fiziki hazırlığın yüksəldilməsinə yardımçı olan alətlər qazona və ya onun ətrafına istifadə üçün daşına bilər. Alətlərin dezinfeksiyası həyata keçirilməlidir. Futbolçular ancaq özlərinə məxsus su qablarından istifadə etməlidirlər. Oyunçular məşq zamanı eyni fərqləndirici geyimdən istifadə etməlidirlər.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq. 

Məqalədə : AFFA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
763
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2021 02:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru