Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyun

2020
10:38
Həftəsonu yollarda şəxsi avtomobilindən istifadə edənlər cərimə və yaxud həbs oluna bilər

Həftə sonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi zamanı avtmobil yollarında karantin postları quraşdırılmayacaq.

Bunu açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Şöbə rəisi bildirib ki, ikigünlük məhdudiyyət zamanı həmin postlara ehtiyac olmasa da yol polisləri gücləndirilmiş iş rejimində çalışacaq: "Bilirsiniz ki, keçən dövrlə müqayisədə bu dəfə daha çox məhdudiyyət tətbiq olunub, daha çox şəxsin evdən çıxması məhdudlaşdırılıb. Yalnız qəza, xilasedici, təcili tibbi yardım avtomobilləri və fəaliyyətinə icazə verilən orqanların məhdud sayda əməkdaşlarının hərəkəti sərbəstdir. Həmin şəxslər isə yalnız xidməti avtomobillərlə hərəkət edə bilərlər. Yəni fəaliyyətinə icazə verilən hər hansısa şəxsin xüsusi avtomobilindən istifadəsi qadağandır. Məhdudiyyət zamanı taksi, avtobus və digər minik avtomobillərinin hərəkətinə icazə verilmir. İcaze.gov.az portalında qeydiyyatdan keçən və fəaliyyətinə rəsmi icazəsi olan şəxs işlədiyi müəssisənin xidməti avtomobili olmadan digər avtomobildən istifadə edə bilməz".

K.Əliyev bildirib ki, məhdudiyyət qərarı dövründə xüsusi avtomobilindən istifadə edən şəxs qanunvericiliyin tələbinə uyğun məsuliyyətə cəlb olunacaq: "İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinin tələblərinə uyğun olaraq fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilə bilər. Ölkədə xüsusi karantin rejimi tətbiq ediləndən bu günə qədər nəinki yol polisi, ümumilikdə daxili işlər orqanları əməkdaşları gücləndirilmiş rejimdə xidmət edir və bu rejim məhdudiyyət dövründə davam etdiriləcək. BDYPİ bütün hərəkət iştirakçılarına tələb olunan qaydalara riayət etməyi, özünün və ailəsinin sağlamlıqlarının qorunması naminə məhdudiyyət dövründə yaşadıqları evdən çıxmamağı tövsiyə edir".

Məqalədə : cərimə həbs olunma karantin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 8-ci gününün duası - AUDİO

20

Aprel
20:30
MƏNƏVİYYAT
154

ETSN: Acınohur gölü quruyur

20

Aprel
17:06
ÖLKƏ
219

Son sutkada nə qədər adam yoluxub?

20

Aprel
16:34
ÖLKƏ
170

Azərbaycanda 3 bakalavriat dərəcəsi olacaq

20

Aprel
15:40
ELM / TƏHSİL
177

Saakaşvili Gürcüstana qayıdır

20

Aprel
15:22
DÜNYA
316

İranda sutka ərzində 395 nəfər koronavirusdan ölüb

20

Aprel
14:56
BÖLMƏNİ DÜZ SEÇ!
200

Bu şəxslər təhsil haqqından xilas olacaq

20

Aprel
14:40
ELM / TƏHSİL
475

İmtahanlara 2 gün qalıb

20

Aprel
13:04
ELM / TƏHSİL
237

Pakistan və Türkiyə Talibana çağırış edib

20

Aprel
12:31
BÖLMƏNİ DÜZ SEÇ!
235

Birinci siniflərə qəbul bu tarixdən başlayır

20

Aprel
12:11
ELM / TƏHSİL
226

AFFA bəyanat yaydı

20

Aprel
12:03
İDMAN
215

İlham Əliyev Hacıqabuldadır

20

Aprel
12:00
ÖLKƏ
311
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2021 04:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru