
Dövlət Sərhəd Xidməti və Respublika Hərbi Prokurorluğunun birgə tədbirlər planına uyğun olaraq dövlət sərhədinin etibarlı mühafizəsi, hərbi intizamın, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.
Bu barədə Dövlət Sərhəd Xidməti və Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətləri birgə məlumat yayıb.
Bu tədbirlər çərçivəsində Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini general-leytenant Azad Ələkbərovun və Azərbaycan Respublikası Hərbi prokurorunun müavini ədliyyə general mayoru Rasim Kazımovun Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinin şəxsi heyəti ilə görüşləri təşkil olunub.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşlər zamanı onların xidməti və yaşayış şəraitləri öyrənilib, hərbi qulluqçuların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda düşmənə nifrət hissinin aşılanması, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması üzrə profilaktik işin aparılması istiqamətində müvafiq tövsiyələr verilib, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlətimizin daha da qüdrətlənməsindən, xalqımızın rifahının hərtərəfli yaxşılaşdırılmasından, respublikamızda mövcud olan əmin-amanlığın və ictimai-siyasi sabitliyin davamlılığından qürur hissi ilə bəhs edilib.
Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının zabitləri, sərhəd komendantları və sərhəd zastavalarının rəisləri ilə müşavirə keçirilib, dövlət sərhədinin toxunulmazlığının, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, cinayət və hadisələrin qarşısının alınması, sərhədçilərin döyüş ruhunun daha da yüksəldilməsi istiqamətində zəruri tapşırıqlar verilib, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.(report)

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:34 Prezident “N” saylı hərbi hissəsinin açılışında olub
- 19-06-2020 11:15 Cəbhəboyu zonada yeni hərbi hissənin açılışı olub - VİDEO
- 19-06-2020 09:13 Atəşkəs 22 dəfə pozulub
- 18-06-2020 10:10 Ermənistan silahlı qüvvələri atəşkəsi 23 dəfə pozub
- 17-06-2020 09:40 Ermənistan atəşkəsi 24 dəfə pozdu
- 16-06-2020 17:04 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara müraciət edib
- 16-06-2020 15:55 Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
- 16-06-2020 15:34 Çin və Hindistan əsgərləri arasında atışma: ölənlər var
- 16-06-2020 13:48 Cənubi Koreya qoşunları yüksək hazırlıq vəziyyətinə gətirildi
- 16-06-2020 09:44 Ermənistan atəşkəsi 26 dəfə pozdu
- 15-06-2020 09:23 Ermənistan silahlı qüvvələri atəşkəsi 25 dəfə pozub
- 13-06-2020 09:29 Atəşkəs rejimi 21 dəfə pozulub
- 12-06-2020 09:35 Atəşkəs rejimi snayper tüfənglərindən də istifadə etməklə 22 dəfə pozulub
- 11-06-2020 14:35 ABC News: ABŞ Rusiya hərbi təyyarələrinin iki qrupunu Alyaskanın sahilində hədəfə alıb
- 11-06-2020 09:28 Atəşkəs rejimi 23 dəfə pozulub
- 10-06-2020 12:27 Ali Hərbi Məktəbin kursantları döyüş atışları keçiriblər - VİDEO
- 10-06-2020 09:29 Düşmən atəşkəsi 24 dəfə pozdu
- 09-06-2020 10:07 ABŞ-da F-35A qırıcısının eniş zamanı şassisi sınıb
- 09-06-2020 09:28 Düşmən atəşkəsi pulemyotlarla 25 dəfə pozub
- 08-06-2020 12:49 Artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib - VİDEO
- 08-06-2020 10:33 KİV: ABŞ təyyarədaşıyan gəmisi təlimlər üçün Yaponiyanı tərk edib
- 06-06-2020 09:30 Atəşkəs 24 dəfə pozuldu
- 05-06-2020 09:30 Ermənistan atəşkəs rejimini 25 dəfə pozub
- 04-06-2020 12:32 DSX və Hərbi Prokurorluq birgə məlumat yayıb
- 04-06-2020 09:15 Atəşkəs 22 dəfə pozulub