
Bakıda maska taxmayanlara qarşı reydlərə başlanılıb. Nizami rayonu ərazisində keçirilən tədbir zamanı 2 saat müddətində təxminən 10 dan çox şəxs inzibati qaydada cərimə edilib. Bir neçə nəfərə isə xəbərdarlıq edilib.
***
saat 11:07
Bakıda polis maska taxmayanlara qarşı reydlərə başlayıb.
Polis əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq paytaxtda nəqliyyat axınının və əhalinin sıx olduğu yerlərdə profilaktik tədbirlər keçirir. Bu məqsədlə nəqliyyat axınının və sərnişindaşımanın çox olduğu yerlərdə, avtodayanacaqlarda, qapalı məkanlarda reydlər aparılır.
Polis karantin qaydalarının pozulmaması ilə bağlı vətəndaşlara tövsiyələrini verir, qaydalara məhəl qoymayan, polis qanunu tələblərinə riayət etməyənlərlə bağlı qanunvericiliyin tələbinə uyğun tədbirlər həyata keçirilir. Tibbi maskadan istifadə etməyən vətəndaşlar isə inzibati qaydada cərimələnir.
Qeyd edək ki, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.
Bu, Prezident İlham Əliyevin iyunun 2-də təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Sözügedən xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.(APA)

Bakıda bağçalarda uşaqlara geyim və kakao alınması adıyla 2 mln. manata qədər pul qanunsuz xərclənib
15
Aprel- 15-04-2021 15:45 Uşaq və yeniyetmələr arasında piylənmə artıb
- 15-04-2021 14:58 Sabah Bakıda 21 dərəcəyədək isti olacaq
- 15-04-2021 14:25 Daha bir şəhidimizin övladı dünyaya gəlib
- 15-04-2021 14:12 Bakıda bağçalarda uşaqlara geyim və kakao alınması adıyla 2 mln. manata qədər pul qanunsuz xərclənib
- 15-04-2021 11:46 Azərbaycanın yerüstü su ehtiyatlarının həcmi açıqlanıb
- 15-04-2021 11:17 ABŞ-da polis nümayişçilərə atəş açdı
- 15-04-2021 10:13 Bu gündən mənzillərin istilik təchizatı dayandırılır
- 15-04-2021 09:33 Hacı Surxay: “Məscidlərdə bayram namazlarına icazə verilə bilər” - VİDEO
- 14-04-2021 16:53 Yoluxanların sayı ilə bağlı statistika
- 14-04-2021 14:21 MİDA 21 milyon manatlıq 2 tenderə yekun vurub
- 14-04-2021 13:01 Sabahın hava proqnozu açıqlandı
- 14-04-2021 12:09 Azərbaycanda 41% vətəndaş 65 yaşa çatmadan ölür
- 14-04-2021 11:14 “Space”də yoxlamalar başladı: Vaqif Mustafayevin dövrü araşdırılır
- 14-04-2021 09:36 Azərbaycanda Ramazan ayı başladı
- 13-04-2021 17:14 “Nar” “Yeniliklər Dalğası” kampaniyasına start verir
- 13-04-2021 16:04 Vətən müharibəsi şəhidləri üçün 321 ağac əkildi
- 13-04-2021 14:42 İlham Əliyev Avro-2020-nin Bakıda keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb
- 13-04-2021 14:18 Sabah hava küləkli olacaq
- 13-04-2021 11:58 Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib - VİDEO
- 13-04-2021 11:51 Hesablama Palatası Milli Məclisə hesabat verir
- 13-04-2021 11:30 Bu həftəyə olan hava proqnozu açıqlanıb
- 13-04-2021 11:07 AİP Ramazan ayının gəlişi münasibətilə xalqımızı təbrik etdi
- 13-04-2021 10:08 Ölkənin 25 şəhər və rayonunda buraxılış imtahanları keçiriləcək
- 13-04-2021 09:46 Jurnalistlərin Cəbrayıl və Qubadlıya səfərləri başladı
- 12-04-2021 16:50 Daha 1 151 nəfər koronavirusa yoluxub, 29 nəfər ölüb