Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2020
12:26
Məktəbəqədər hazırlıq üçün yeni layihəyə başlanılır

Azərbaycanda uşaqların məktəbəqədər hazırlığı üçün nəzərdə tutulan “ABC planet” layihəsinə start veriləcək.

Bunu İnnovasiya Agentliyinin startaplara dəstək və akselerasiya şöbəsinin proqram koordinatoru Zaur Ünsizadə deyib.

Onun sözlərinə görə, təklif olunacaq xüsusi tətbiq uşaqlara yeni metodologiya ilə əlifbanı öyrənməyə imkan yaradacaq.

“Hazırda “ABC planet”in “Android” versiyası hazırdır. Çox güman ki, bu ayın ortalarına layihənin “iOS” platforması üçün də nəzərdə tutulan əlavəsi də hazır olacaq. Bundan sonra layihəyə start veriləcək”, - deyə Z. Ünsizadə qeyd edib. 

Agentliyin rəsmisi əlavə edib ki, hazırda Azərbaycanın "ABC planet" startapı Silikon Vadisində fəaliyyət göstərən “Draper” Universiteti və "Scaleink" onlayn biznesin inkişafı platformasının təşkil etdiyi beynəlxalq sertifikasiya proqramına qəbul edilib: “Layihə 15 iyunadək bu proqramda iştirak edəcək və daha da təkmilləşdiriləcək. Layihə 30-luğa düşdüyü təqdirdə 100 min ABŞ dolları məbləğdə investisiya qazana bilər”.(apa)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
3745

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
3052

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
4855

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
4864

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
5701

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
4550
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-07-2020 12:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru