Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyun

2020
15:28
Korrupsiyaya yol vermiş orta məktəb direktoru barəsində cinayət işi başlanıb

Ölkəmizdə təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində təhsil xidmətlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində mühüm addımlar atılır. Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Baş Prokurorluqdan FaktXəbər-ə verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmiş Cavad Səfərovun məktəbə işə düzəlmək üçün ondan rüşvət alması barədə vətəndaş Ruxsarə Babayevanın müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılmışdır.

Araşdırma zamanı Cavad Səfərovun əvvəllər direktor vəzifəsini icra etdiyi 22 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə müdiri vəzifəsinə təyin edilməsi ilə bağlı ona müraciət edən tanışı Ruxsarə Babayevadan xidməti otağında 6000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə və həmin məbləğin 5500 manatını almaqla xadimə vəzifəsinə təyin edib faktiki olaraq təsərrüfat işləri üzrə müdir vəzifəsini icra etməsinə qanunsuz olaraq şərait yaratmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır.

C.Səfərov təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək “961” nömrəli “Çağrı Mərkəzi” və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

Məqalədə : Baş Prokurorluq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47031

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45210

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46790

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46420

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
51956

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46095

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46578
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2020 19:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru