Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyun

2020
16:02
Çin ABŞ-ın ÜST ilə əlaqələrinin pozulmasına münasibət bildirib

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian ABŞ prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əlaqələri qırmaqla bağlı mövqeyini eqoistlik və məsuliyyətdən yayınma adlandırıb.

Daha əvvəl Tramp ölkənin ÜST ilə əlaqələrini sonlandırdığını, çünki təşkilatın tələb olunan islahatları həyata keçirməkdən imtina etdiyini söyləyib. Onun sözlərinə görə, ABŞ ÜST-ə ayırdığı vəsaiti təcili sağlamlıq ehtiyacları üçün bütün dünyaya yönəldəcək.

"ABŞ və müttəfiqləri də daxil olmaqla bir çox ölkənin reaksiyasına diqqət çəkdik. Beynəlxalq birlik ABŞ-ın eqoizm və məsuliyyətdən yayınma yolunu təsdiqləmir", - deyə Zhao Lijian brifinqdə söyləyib.

O əlavə edib ki, bu yaxınlarda ABŞ bir sıra beynəlxalq müqavilədən çıxıb və ÜST ilə münasibətlərin kəsilməsi də Birləşmiş Ştatlar tərəfindən birtərəfli hərəkət siyasətinin daha bir nümunəsidir.

Çin əvvəlki kimi ÜST-ün epidemiya ilə mübarizədə beynəlxalq əməkdaşlıqdakı aparıcı rolunu dəstəkləyəcəyini vurğulayıb.

ÜST-ün son məlumatına görə, dünyada 5.9 milyondan çox koronavirus yoluxması aşkar edilib, 367 mindən çox insan dünyasını dəyişib.

Məqalədə : Çin ABŞ ÜST 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
68564

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
65977

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
67784

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
67146

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
72592

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
66870

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
67223
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-03-2021 03:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru