Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyun

2020
15:55
“Rəqəmsal bacarıqlar” layihəsi üzrə 72 teledərs ictimaiyyətə təqdim olunub

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədris olunan informatika fənni üzrə buraxılmış mövzulara əsasən, ümumilikdə 72 teledərs (Azərbaycan bölməsi üçün 32, rus bölməsi üçün isə 40 teledərs) ictimaiyyətə təqdim olunub.

Təhsil Nazirliyindən verilən məlumata görə, ölkədə karantin rejimini nəzərə alaraq Təhsil Nazirliyi və beynəlxalq “Alqoritmika” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə üzrə videodərslər hazırlanıb. Ümumilikdə 3-8 sinifləri əhatə edən 197 videodərs təqdim olunub. Onlardan 87-si Azərbaycan və 110-u isə rus bölməsi üzrə yaradılıb.

Qeyd edək ki, teledərslər və videodərslər şagirdlər tərəfindən həvəslə qarşılanıb. “Facebook” və “YouTube” kanalındakı “Rəqəmsal bacarıqlar” səhifəsinə izləyicilərin marağı və şagirdlərin video formatında rəyləri gündən-günə artır.

“Rəqəmsal bacarıqlar” layihəsi 2019-2020-ci tədris ilində Bakı, Sumqayıt, Gəncə, Biləsuvar, Şamaxı və Mingəçevir şəhərləri üzrə 123 məktəbi əhatə edir. Hazırda layihə çərçivəsində 70 mindən çox şagird "İnformatika" fənnini yeni formatda öyrənməkdədir.

2017-2018-ci tədris ilində tətbiqinə başlanılan layihə şagirdlərdə alqoritmik düşüncə, məntiq, layihə əsaslı öyrənmə bacarıqlarının inkişafı və proqramlaşdırma əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsinə, onların gələcəkdə informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə, rəqabətqabiliyyətli və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasına şərait yaradır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin ucuzlaşması davam edir

05

Avqust
10:44
İQTİSADİYYAT
156

Neft yenidən bahalaşıb

05

Avqust
09:15
İQTİSADİYYAT
395

Bakıda saxlanılan şəxs polis şöbəsindən qaçdı

04

Avqust
16:49
HÜQUQ,HADİSƏ
870

Prezident Təhsil Nazirliyinə 7 milyon ayırdı

04

Avqust
15:24
İQTİSADİYYAT
872

Müdafiə Nazirliyi məlumat yayıb

04

Avqust
14:57
HƏRB
805
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2021 11:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru