
İşğalçı və istismarçı İsrail rejimi Fələstin torpaqlarının işğalını başa çatdırmaq, ərəbləri Misirin Sinay yarımadasına köçürmək planı üzrə hiyləgər addımlarını davam etdirir. İlk növbədə sionist rejimin qarşısında Qüdsü İsrailin paytaxtı etmək, bu müqəddəs torpağı dünya müsəlmanlarının qan yaddaşından silmək planı dayanır. Rejim bundan ötrü “Əsrin müqaviləsi” adlanan hiylə torunu quraraq fələstinlilərin iradəsini satın almağa cəhd göstərir. Amerikanın dəstəyi və senarisi ilə həyata keçirilməsi planlaşdırılan bu mexanizm ilk növbədə bu plana tərəfdaşlar toplamaq tələb edir. Bəzi Amerikapərəst və bu qitədən tikə-para alan cırtdan ölkələr İsrailin bu dəmini “bizə nə” iddiası ilə qəbul edir. Bəzi ərəb ölkələri isə sözdə bir, əməldə isə başqa niyyət güdərək taxt-tac və sərvət maraqlarını hər şeydən üstün tutmaqdadırlar. O da məlumdur ki, bu gün İsrailin müsəlmanlar üçün tarixi ləkə və əbədi məğlubiyyət gətirə biləcək planlarının həyata keçirilməsi Suriyanın gələcək taleyindən çox asılıdır. İsrailin müsəlman torpaqlarının işğalına haqq qazandırmaq üçün tərəfdaşlarının sayını genişləndirmək istəyi təbii görünür. Digər tərəfdən rejim işğalçılıq fəaliyyətini də genişləndirməkdən çəkinmir. Bu mənada sionust rejim Fələstin torpağı olan Qərbu Şəriyyəni ilhaq etmək planını gündəmə gətirir. Göründüyü kimi, İsrailin bölgə ölkələrini qorxu və xof altında saxlamaq, heç bir maneə ilə qarşılaşmamaq istəsə də Suriyada keçilməz sədlə toqquşur. İran müqavimət dəstəyi və “Hizbullah” İsrail rejiminin regionda antisemit əhval-ruhiyyəsinə vaxtaşırı sərin su çiləyir. O cümlədən “Mavi Marmara” humanitar gəmisində İsrail komandoslarının 9 Türkiyə vətəndaşını qətliam etməsi İsrail-Türkiyə münasibətlərində dərin bir soyuqluq yaratdı və iki dövlət arasında Qəzza olayı, həmçinin Qüds problemi diplomatik əlaqələrin pozulması ilə nəticələndi.
İsrail-Türkiyə təyyarə reyslərinin 10 il davam edən fasilədən sonra açılması, İsraildən “EI AI” yük təyyarsinin Türkiyəyə uçması sionist rejimin Ankaradakı müvəqqəti işlər vəkili Ray Giladı cürətləndirmişdir. O, Türkiyə hakimiyyətinə, heç nə olmamış kimi, səfir mübadiləsini bərpa etmək çağırışı ilə müraciət ünvanlamışdır. Səfir çağırışında sionist rejimin Suriyada ən böyük təhlükəsi kimi İran və “Hizbullah” olduğunu da bildirmişdir. Gilad həyasızlığın son həddi olaraq Türkiyə hakimiyyətinə onu da çatdırmağı özünə borc bilmişdir ki, iki dövlət hər şey haqqında razılığa gəlməliduir. Və qeyd etmişdir ki, bu iki ölkənin ümumi düşməni sayılan İran və “Hizbullah”la mübarizədə “fikir ayrılıqlarını niyə ortaq maraqlara yönəltməyək?” Çox güman ki, səfir daxili istək və emossiyasının təsiri altına düşərək türklərin müsəlman olduqlarını belə unutmuşdur. Yəqin ki, özünü Türkiyə ilə 90-cı illər münasibətinin əhval-ruhiyyəsində hiss etmişdir. O zaman bəzi anitislam türk generallarının sayəsində Türkiyə ilə sionist rejim arasında strateji münasibətlərin ən möhtəşəm dövrü sayılır. Amma səfir ya dərk etmir, ya da Türkiyədə mövcud hakimiyyəti ciddi olaraq İslama və müsəlmanlara münasibətdə qeyri-səmimi hesab edir.
Akif Heydərli
politoloq, AİP funksioneri

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 03-06-2020 17:09 Əbülfəs Qarayevin topdağıtmaz biznesi - SİYAHI
- 01-06-2020 10:32 İsrail bölgədə antisemit siyasətini davam etdirir
- 18-05-2020 13:11 Bəşəriyyətə azadlıq, zülmə qarşı mübarizə Qüdsdən başlanır
- 31-01-2020 15:13 Analitik: Bütün ölkələr Fəlsətin məsələsində Tramp kimi tərəf seçməyə məcbur olacaqlar
- 29-01-2020 11:17 Dünyanın gözü qarşısında bir dövlət məhv edilir
- 25-01-2020 14:20 Türkiyədəki zəlzələnin Azərbaycana təsiri varmı?
- 07-12-2019 11:23 İraqda siyasi böhran 3-cü aya daxil oldu. Bundan sonra ölkəni nə gözləyir?
- 18-10-2019 15:39 Eyyyy... Növbədə nə var? - ANALİZ
- 16-10-2019 15:39 Gülümsəyin bəylər...
- 20-09-2019 16:42 ABŞ və Səudiyyə Ərəbistanı Yəmən müharibəsini də uduzur
- 18-09-2019 11:40 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 14:39 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 27-08-2019 10:47 Putin Ərdoğanın xahişini yerinə yetirəcəkmi?
- 05-07-2019 10:23 BƏƏ hər yerdə itirə-itirə gedir - Analiz
- 23-06-2019 13:48 İmamoğlunun qələbəsi və Amerikanın istəkləri
- 21-06-2019 16:25 Ərdoğan, İmamoğlu və Bilderberq Kulubu
- 19-06-2019 14:36 Türkiyə tarixi seçim qarşısında: “S-400”mü, “Patriot”mu?
- 12-06-2019 12:41 Fazil Məmmədovun velosiped biznesi batır
- 31-05-2019 09:06 Qüds Günü – dünya müsəlmanları zülmə etiraz edir!
- 29-05-2019 10:07 TRAMP GERİ ÇƏKİLİR: ABŞ-ın vuruşmaq yox, vuruşdurmaq niyyəti...
- 22-05-2019 14:56 "Tupoy"a görə danışanlar, "it balası"na görə susurlar - VİDEO
- 21-05-2019 13:36 "Vaşinqton Post": İranla müharibə bataqlıqların anası olacaq - ANALİZ
- 02-05-2019 15:38 Necə oldu ki, camaatın əksəriyyəti din təhsilinə razı deyil?
- 01-05-2019 09:54 Əlavə qaz pulu ödənişləri əhaliyə qaytarılsın - EKSPERT
- 30-04-2019 10:57 Təhlükə Azərbaycana da gəlib çıxdı: Uşaqların yoxa çıxmasının səbəbi bilindi