Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 May

2020
16:20
Nazirlər Kabineti: Maskadan istifadə etməyənlər cərimələnəcəklər

Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən məsuliyyətə səbəb olacaq. 

Bu, Baş Nazir Əli Əsədovun mayın 29-da imzaladığı qərarda əksini tapıb. 

Qərara əsasən, Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:

Bura şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələri (avtobus, taksi, metro, dəmiryolu və s.), bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektləri (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla), dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələr, fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələr, açıq sahəli ofislərdə və istehsalat yerləri, tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlar, ibadət yerləri, elm və səhiyyə müəssisələri, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlər, ictimai nəqliyyat dayanacaqları, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbələr daxildir. 

Eyni zamanda insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda da tibbi maskadan istifadə olunmalıdır. 

Qeyd edək ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə İXM-nin 211-ci maddəsində məsuliyyət nəzərdə tutulub.

Bu əmələ görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.

Həmçinin bu inzibati xətaya yol vermiş şəxsə işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur.

Hüquqi şəxslər isə 2 000 manatdan 5 000 manatadək məbləğdə cərimə edilir.

Məqalədə : Baş Nazir Əli Əsədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
350

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
360

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
407

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
352

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
593

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
400

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
460
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2021 22:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru