Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 May

2020
15:53
ABŞ ordusu Trampın sözünə baxmayaraq Suriyaya yerləşir

ABŞ Prezidenti Donald Tramp bir müddət sonra Suriyadakı neft yataqlarından çıxacaqlarını açıqlasa da, gündəm başqa şey deyir. 

"(Suriyada) Biz nefti qoruduq. Bəzi məqamlarda da neftlə bağlı problemləri həll edəcəyik və oradan çıxacağıq", - deyən ABŞ Prezidenti Trampın dünən Ağ Evdə keçirdiyi mətbuat konfransındakı sözləri həqiqətlə uyğun gəlmir.

Trampın açıqlamalarının əksinə olaraq, ABŞ qüvvələri, xüsusən də terror təşkilatı YPG / PKK-nın işğal etdiyi neft ərazilərində varlığını artırır.

ABŞ ordusu son 3 ayda həftədə iki dəfə 50-100 yük maşını konvoyları ilə İraqdan Suriyadakı bazalara və hərbi nöqtələrə hərbi və texniki ləvazimatlar daşıyır.

Bölgəyə çatan konvoylara tank əleyhinə raketlər, tanklar, zirehli maşınlar, sursat və texniki ləvazimatlar yüklənmiş yüzlərlə yük maşını da daxil olub.

ABŞ ordusu bu müddət ərzində Suriyaya ən azı 400 əsgər göndərib.

Eyni dövrdə Hasekə vilayətindəki Təl Bəydər və Deyrizor əyalətindəki bazalarını genişləndirən ABŞ qüvvələri bu bazaları kameralar və təhlükəsizlik sistemləri ilə təchiz edib.

Məqalədə : ABŞ ordusu Suriya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
5261

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
4293

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
5896

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
5934

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
7608

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5666
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-07-2020 11:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru