Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2020
10:47
Bir sıra hallarda imtahanlar üzbəüz keçirilə bilər

Ali təhsil müəssisələrində bir sıra hallarda imtahanlar üzbəüz keçirilə bilər.

Bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, sonuncu kurs tələbələrinin biliyinin qiymətləndirilməsi əsasən iki - yekun dövlət attestasiyası (imtahanı) və yekun buraxılış işinin yazılaraq təqdim edilməsi formasında qiymətləndirilir. Bəzi sonuncu tələbələr üçün buraxılış işinin onlayn formada, bəzi hallarda isə tələbənin iştirakı olmadan qiymətləndirilməsi nəzərdə tutulur:

“Amma müəyyən istisnalar da mümkündür. Ola bilər ki, hansısa ixtisaslar üzrə buraxılış işlərinin müdafiəsi ənənəvi formada keçirilsin. Tövsiyə edilir ki, imkan olduğu qədər bütün proseslər - qiymətləndirmələr, sənədlərə baxılma, müsahibələr onlayn formada, məsafədən həyata keçirilsin. Amma bir sıra hallarda bu, mümkün olmaya da bilər. Belə halda üzbəüz imtahanların keçiriləcəyi istisna deyil. Ancaq belə olduqda imtahanların keçirilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiq ertdiyi təlimata uyğun keçiriləcək”.

C.Bayramov əlavə edib ki, sonuncu kurs tələbələrinin təxminən 80 faizi yekun dövlət imtahanı verirdi:

“Lakinindiki dövr üçün yekun rəy ondan ibarət oldu ki, bu tələbələr artıq özlərini ali təhsil müəssisəsində təsdiq ediblər və hər bir məktəbin tələbəsi haqqında kifayət qədər məlumat bazası var. Buna görə də yekun dövlət imtahanı verməli olan tələbələrin biliyinin onların təhsil müddətlərindəki orta müvəffəqiyyət göstəricisi əsasında qiymətləndirilməsi nəzərdə tutulub”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43423

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41703

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43366

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42817

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48330

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42878

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43325
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2020 05:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru