Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2020
15:42
Hindistan-Çin sərhədində gərginlik artır

Hindistan və Çin qoşunları ayın əvvəlində sərhədin müxtəlif bölgələrində yaşanana qarşıdurmalardan sonra sərhəd bölgələrinə əlavə təhlükəsizlik qüvvələri yerləşdiriblər və bölgədə aktivlik artıb.

"Times of India" qəzetində yer alan xəbərə görə, hər iki ölkənin əsgərləri Ladax vilayətinin şərqində qarşı-qarşıya gəldikdən sonra diqqətlər bölgəyə tərəf çevrilib.

Hindistan və Çin Demçok, Çumar, Daulat Beg Oldie, Galvan vadisi və Panqonq Tso gölü ətrafında əlavə təhlükəsizlik qüvvələri yerləşdirib.

Çin qoşunları Galvan vadisində Pangong Tso gölündə patrul qayıqlarının sayını artıraraq 100-ə yaxın çadır qurub.

Son bir neçə həftədəki iki ölkənin əsgərləri arasındakı qarşıdurma və hər iki tərəfin aldığı xəsarətlər bölgədəki gərginliyin arta biləcəyinə dair narahatlıq doğurur.

Qeyd edək ki, iki ölkə arasındakı 3 min 488 kilometr sərhəd daim mübahisə mövzusudur. Bu da Yeni Delhi və Pekin administrasiyaları arasında artan rəqabətə işarə edir.

1962-ci ildə sərhəd qarşıdurması səbəbiylə hər iki ölkə müharibə etmişdi. 1993-cü ildə Hindistan-Çin sərhəd bölgələrində İdarəetmə Xətti vasitəsi ilə sərhəd problemiylə mübarizə aparmaq üçün əsas çərçivə təyin olunub, ancaq o vaxtdan bəri vaxtaşırı olaraq sərhəddə mübahisələr yaranır.

Məqalədə : Hindistan Çin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47729

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45821

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47439

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47041

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52601

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46702

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47124
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-10-2020 18:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru