Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2020
14:20
Nazirlik: “Yayda müəllim, şagird və valideynlər üçün onlayn seminar və kurslar keçiriləcək”

“Yay aylarında müəllim, şagird və valideynlər üçün onlayn seminar və kursların keçirilməsi nəzərdə tutulur. Ətraflı proqram üzərində işləyirik, yəqin ki, bayram həftəsi ərzində proqramı tam hazırlayıb elan edəcəyik”. 

Bunu Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bildirib. Onun sözlərinə görə, ilk növbədə şagirdlər, valideynlər və müəllimlər arasında portal vasitəsilə sorğu keçiriləcək ki, onlara maraqlı olan mövzular və tədbirlər təşkil edilsin:

“Artıq maraq göstərilmiş bir neçə istiqamət var ki, bu istiqamətdə işimizi qururuq. Birinci, ingilis dilinin öyrənilməsi ilə bağlı bütün fənn müəllimləri üçün onlayn seminarlara başlayacağıq. İkinci istiqamət müxtəlif fənlərdə innovasiyaların tətbiqi, riyaziyyat, mühəndislik və s. istiqamətlər üzrə seminarlardır. Proqramlaşdırma, kodlaşdırma ilə bağlı seminarlar keçirmək planımız da var. Eyni zamanda məktəbdənkənar istiqamət üzrə də seminarlar təşkil olunacaq. Məktəbdənkənar mövzular əsasən əl işləri, bədii qiraət, məntiqi riyaziyyat, əyləncəli fizika, dizayn, virtual robototexnika, dama, şahmat, nitq mədəniyyəti və s. məsələlərlə bağlıdır. Mövzu daha çoxdur, ancaq bundan başlamağı planlaşdırırıq”. 

İdarə rəisi deyib ki, hazırda valideynlərin onlayn görüşü üzərində də iş gedir: “Çalışırıq sistemi elə quraq ki, valideyn iclasları keçirmək mümkün olsun. Əslində indi də mümkündür, yəni valideynlər şagirdin səhifəsindən girərək müəllimlərlə, sinif rəhbərləri ilə valideyn iclasları keçirə bilərlər. Direktorlar da məktəblərinin bütün müəllimlərini bir yerdə görür və ünsiyyət imkanı yaranır. Məktəb direktorları, direktor müavinləri üçün də qruplar var, orada müzakirələr apara bilərlər. Bu qruplar artıq məktəblər, rayonlar üzrə formalaşıb". 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiyada helikopter sərt eniş edib

26

May
09:44
DÜNYA
392

“Azsığorta”dan oğurluq olub

25

May
13:39
HÜQUQ,HADİSƏ
316

Neftçala sakinindən 10 kq narkotik götürülüb

25

May
13:00
HÜQUQ,HADİSƏ
233

Biləsuvarda narkotacirlər tutuldu

25

May
12:40
HÜQUQ,HADİSƏ
271
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2020 22:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru