
"Müsəlmanların ilk qibləsi, Tövhidin mərkəzi, əzəmətli Məscidul-Əqsanın tapındığı müqəddəs torpaq, İslam Peyğəmbərinin(s) İsra və Merac möcuzəsinə şahidlik edən İlahi məkan, qədim sivilzasiyaların qovuşma nöqtəsi, bəşəriyyətə haqqın və ədalətin dərkini nuru ilə ehtiva edən bir məntəqə sayılan Qüds hələ də əsarətdədir" - bu barədə AİP-in Qüds Günü ilə bağlı yaydığı bəyanatda bildirilib.
FaktXəbər-in məlumatına görə, bəyanatda daha sonra qeyd olunub:
"Dinlərarası sülh və barış, bəşər övladlarına vəhdət və qarşılıqlı məhəbbət rəmzi olan bu müqəddəs torpağa İlahi bəxş etdiyi keyfiyyətlərin məzmun və mahiyyətini dəyişməyə çalışan sionizm indi buradan ətraf məntəqə və xalqlara və bütün dünyaya qarşı təkəbbür və zülm, işğalçılıq və qəsbkarlıq ideologiyası ilə yüklənmiş siyasət yürüdür. Adi insan haqlarını pozaraq bəşəri cinayətlərə imza atan bu mənfur qövm ötən əsrin ortalarından başlayaraq bütün beynəlxalq qanunları ayaqlar altına atıb Fələstin xalqının fundamental dəyərlərini, ən adi hüquqlarını kobudcasına pozmaqda davam edir. İngilis himayədarlığı, Amerika başda olmaqla Qərb təəssübkeşliyi nəticəsində bu cəlladları hər gün fələstinli körpə, qoca, qadın, istiqlaliyyəti uğrunda çarpışan müsəlman gəncləri qətliam etməkdən çəkinmir, ən alçaq niyyətlərini həyata keçirməyə daha çox səy göstərir. Heç bir İlahi dində və dünyanın heç bir qövmündə, insan fitrətində zülm və istibdad bəyənilmir.
Çünki bu mənfur hiss və cürətə qarşı dayanmayanlara İlahi böyük əzablar vəd edir. Bütün bunlara rəğmən İran İslam İnqilabının böyük banisi və rəhbəri Həzrət İmam Xomeyni Rizvanullah mütərəqqi, uzaqgörən fikir və düşüncələrinin nəticəsi, eyni zamanda İlahi istəklərin ifadəsi olaraq Fələstin xalqına qarşı haqsızlığın davamına müqavimət məqsədilə 1982-ci ildə, hər il Ramazan ayının son cümə günü olmaqla, Beynəlxalq Qüds Gününü təyin etdi. Bu tarixi gün hər il bütün dünyada ictimai-siyasi-mənəvi-psixoloji aspektdə geniş cəmiyyətlər tərəfindən qeyd edilir, zalıma, hər növ zülmə nifrət yağdırılır, məzlum xalqların səsinə səs verilir. Çox keçməyəcək qəsbkarlar, başda işğalçı İsrail rejimi olmaqla, dünyanın bütün istismarçı, müsəlman torpaqlarına göz dikən, müqəddəs məkanları qanlı caynağına keçirən İslam düşmənləri cəzalarını alacaq, rüsvayçı məğlubiyyətə düçar olacaqlar. Çünki onlar Allahın düşmənləridirlər. Onlarla birgə, vəhdətdə vuruşmağın vaxtı yetişib.
Qüdsün azadlığı Doğma Qarabağımızın, İraq, Suriya, Liviya, Əfqanıstan, Yəmən, Bəhreyn, Kəşmir və istismar olunan digər müsəlman torpaqlarının azadlığına yol açacaq. Azərbaycan İslam Partiyası olaraq biz dünyanın bütün sülhsevər xalqlarını zülmə, qəsbkarlığa, hər növ işğala qarşı mübarizəyə səsləyirik".

Bakıda bağçalarda uşaqlara geyim və kakao alınması adıyla 2 mln. manata qədər pul qanunsuz xərclənib
15
Aprel- 15-04-2021 16:58 XİN həmsədrlərin son bəyanatına münasibət bildirib
- 15-04-2021 12:29 Türkiyənin yeni səfiri Bakıya gəlir
- 14-04-2021 13:00 "Rəsmi Bakı 7 bölgənin eyni vaxtda geri qaytarılmasını tələb edirdi"
- 14-04-2021 09:58 Sahibə Qafarova bu gün Rusiyaya səfər edəcək
- 13-04-2021 14:00 Sülhməramlılar regiondan çıxandan sonra nə olacaq?
- 13-04-2021 12:31 "Putinlə "İsgəndər-M"lə bağlı məsələni müzakirə etmişik"
- 13-04-2021 10:16 İlham Əliyev ADA Universitetində keçirilən konfransda çıxış edir - CANLI
- 12-04-2021 15:11 Balaxanı Sənaye Parkı ilə bağlı SƏRƏNCAM
- 12-04-2021 14:42 Lukaşenko Azərbaycana gəlir
- 12-04-2021 12:16 Prezident müxalifəti təmsil edən vitse-spikeri təltif etdi
- 09-04-2021 15:12 Prezident Ailə Məcəlləsində dəyişiklikləri təsdiqlədi – Yeni qaydalar
- 09-04-2021 14:44 BMT TŞ-da debatlarda Ermənistanın mina xəritələrini təqdim etməməsi məsələsi qaldırılıb
- 09-04-2021 12:05 İlham Əliyev Rusiya Federasiyasının baş prokurorunu qəbul etdi
- 09-04-2021 11:23 Ceyhun Bayramovun erməniləri təşvişə salan çıxışının - VİDEOSU
- 09-04-2021 09:56 BMT Baş Assambleyasının prezidenti Azərbaycanda
- 08-04-2021 15:30 BMT Baş Assambleyasının Prezidenti bu gün Azərbaycana gəlir
- 08-04-2021 11:51 İƏT XİN Şurası Azərbaycanla bağlı tədbirlər planı qəbul edəcək
- 08-04-2021 11:30 Vilayət Eyvazovdan yeni TƏYİNAT
- 06-04-2021 15:48 Prezident yeni qurum yaratdı – FƏRMAN
- 06-04-2021 15:30 İƏT-dən azad olunmuş ərazilərinin bərpasına kömək etməyə çağırışı - VİDEO
- 06-04-2021 10:48 Azərbaycanda iki MTN generalının həbsinin TƏFƏRRÜATI
- 05-04-2021 12:15 Fəxrəddin Altun Bakıya səfər edəcək
- 05-04-2021 10:53 Hikmət Hacıyev: "Ermənistan öhdəliklərini yerinə yerirməlidir"
- 03-04-2021 09:53 Ərdoğan Azərbaycana yeni səfir təyin etdi
- 02-04-2021 18:02 "Azərbaycan üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana qaytarıb"