Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2020
10:44
“Yayda xaricə gedənlər qayıdandan sonra karantində saxlanılmalıdır”

TƏBİB rəsmisi Azərbaycanın xarici ölkələrlə sərhədlərini açması və vətəndaşlara turistik səfərlərə icazə verilməsi məsələsinə aydınlıq gətirib.

TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada çıxışı zamanı bildirib ki, Azərbaycanda iyun ayından etibarən bu məsələlər müzakirə mövzusuna çevriləcək: “Ancaq vətəndaşların gedəcəyi ölkədə pandemiyanın vəziyyəti nəzərə alınacaq. Məsələn, İtaliya turistik ölkədir, iqtisadiyyatı tam turizm üzərində qurulub. Bu baxımdan İtaliya iqtisadiyyatı bərpa etmək məqsədi ilə turizmi açmaq niyyətindədir. 

Ancaq Azərbaycanda turizmin açılması ölkə iqtisadiyyatını dirçəltməklə yanaşı, insanların sağlamlığını təhlükə altına qoyur. Azərbaycan vətəndaşlarının gedəcəyi ölkədəki pandemiyanın vəziyyətindən asılı olaraq müzakirə aparılıb qərar veriləcək. Lakin hər hansı bir ölkəyə gedən vətəndaşlarımız qayıtdıqdan sonra karantində saxlanılmalıdır. Bu baxımdan turistik səfərin həmin vətəndaşın işinə hansı formada yarayacağı da başqa bir məsələdir”.(qafqazinfo)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mingəçevirdə civə satan şəxs yaxalandı

23

May
09:27
HÜQUQ,HADİSƏ
389

Atəşkəs 24 dəfə pozuldu

23

May
09:15
HƏRB
321
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 02:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru