Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2020
09:55
Quterresdən video mesaj təklifi

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres hər il sentyabr ayında Nyu-Yorkda dünya liderlərinin toplaşdığı BMT Baş Assambleyasının yeni tip koronavirusun (Kovid-19) yayılması səbəbiylə bu il keçirilməsinin mümkün olmadığını bildirib.

193 üzvdən ibarət olan BMT Baş Assambleyasının prezidentinə göndərdiyi məktubda Quterres, liderlərin epidemiya səbəbiylə sentyabr ayında Nyu-Yorka gedə bilməyəcəyini və bu il 75-cisinin keçirilməsi nəzərdə tutulan sammitin fərqli şəkildə keçiriləcəyini bildirib.

Antonio Quterres dövlət və hökumət başçılarının BMT-nin 75-ci Baş Assambleyasının iclaslarına əvvəlcədən yazılmış video mesajlar göndərə biləcəyini təklif edib.

Dünya liderləri ilə ən böyük diplomatik platforma olan BMT Baş Assambleyasının iclasları hər il sentyabr ayında Nyu-Yorkda keçirilir.

Digər tərəfdən Nyu-York dünyada koronavirusun ən çox yayıldığı epidemiya mərkəzidir.

Məqalədə : Quterres BMT 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Atəşkəs 23 dəfə pozuldu

25

May
09:25
HƏRB
75

Mingəçevirdə civə satan şəxs yaxalandı

23

May
09:27
HÜQUQ,HADİSƏ
399

Atəşkəs 24 dəfə pozuldu

23

May
09:15
HƏRB
331
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 09:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru