Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 May

2020
16:34
Bu günədək Rusiyadan 6 500 Azərbaycan vətəndaşı gəlib

"Karantində saxlanılanların sayı xaricdən gələnlərin sayı ilə birbaşa əlaqəlidir. Çünki xaricdən təxliyə edilən vətəndaşları biz iki həftə karantində saxlayırıq". 

Bunu Prezident İlham Əliyev Bakının Nizami rayonunda yeni istifadəyə verilən 3 saylı DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

"Deməliyəm ki, 20 mindən çox Azərbaycan vətəndaşı mütəşəkkil qaydada xaricdən təxliyə edilib. Biz bu işləri kortəbii görə bilmərik. Mütəşəkkil qaydada, qrafik üzrə, ölkələr üzrə bölgü aparılıb: hansı ölkədən nə vaxt, nə qədər Azərbaycan vətəndaşı gələcək. Bu işlər bu qaydada davam etdiriləcək"- deyə Prezident İlham Əliyev bildirib. 

Dövlət başçısı qeyd edib ki, ən çox təxliyə edilən vətəndaşlarımız Rusiyadan gəlib: "Bu günə qədər Rusiyadan 6 500 Azərbaycan vətəndaşı gəlib və bu proses davam etdirilir, ancaq dediyim kimi, mütəşəkkil qaydada. Hər kəs öz adını qeydiyyata salmalıdır, xüsusi portal da - “Evə gedirəm” mövcuddur. Ona görə təxliyə işləri də mütəşəkkil qaydada aparılacaq".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
305

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
491
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-05-2020 20:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru