Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2020
18:50
Sərnişin tələbatı nəzərə alınaraq avtobusların sayı və intervalı nəzarətdə saxlanılır

Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatı nəzərə alınaraq gündəlik olaraq xəttə çıxan avtobusların sayı və intervalı nəzarətdə saxlanılır. 

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, səhər və axşam saatlarında sərnişin axını daha çox olan istiqamətlərdə müntəzəm və ekspres xətlər üzrə daşımalara əlavə sayda avtobuslar cəlb edilir. Gündəlik olaraq Bakı şəhəri üzrə 1820 ədəd avtobus xəttə buraxılır ki, onun 830 ədədə yaxını ətraf kənd və qəsəbələr istiqamətində hərəkət edir. İlk dəfə olaraq sərnişindaşımalara 20 ədədə yaxın 18 metrlik avtobuslar da buraxılıb. 

Ümumilikdə hazırda xəttə çıxan avtobusların sayı təhsil müəssisələrinin fəaliyyətinin dayandırıldığı yay mövsümü ilə müqayisədə 15 faiz çoxdur. Belə ki, ötən yay mövsümündə ümumi sərnişin tələbatının azalması fonunda gündəlik olaraq xəttə 1600 ədədə yaxın avtobus çıxarılıb.  

Həmçinin, müntəzəm sərnişindaşıma xidməti göstərən daşıyıcılara avtobusların maksimum sayda xəttə çıxarılması və hərəkət intervalının azaldılmasına  dair rəsmi tapşırıq verilib. 

Sosial məsafənin qorunması, maskadan istifadə və COVİD-19 infeksiyasının proflaktiksına dair digər qaydaların təşviqi məqsədi ilə davamlı olaraq maarifləndirmə tətbirləri də həyata keçirirlir. Qısa vaxtda 1400 avtobusda sərnişinlərlə sürücü fiziki təmasını aradan qaldıran arakəsmələr quraşdırlıb. 

Eyni zamanda bildiririk ki, nəqliyyat mübadilə mərkəzlərinin ərazisində, dayanacaqlarda, avtobuslarda eləcə də digər ictimai yerlərdə sosial məsafənin saxlanılması və maska taxılması birbaşa vətəndaşların sosial məsuliyyəti ilə bağlıdır.

Məqalədə : BNA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Azsığorta”dan oğurluq olub

25

May
13:39
HÜQUQ,HADİSƏ
240

Neftçala sakinindən 10 kq narkotik götürülüb

25

May
13:00
HÜQUQ,HADİSƏ
193

Biləsuvarda narkotacirlər tutuldu

25

May
12:40
HÜQUQ,HADİSƏ
216

Cahangir Hacıyev yenidən məhkəmə qarşısında

25

May
11:07
HÜQUQ,HADİSƏ
360

Faktiki hava şəraiti açıqlanıb

25

May
11:00
ÖLKƏ
332

Ay tutulmasının vaxtı məlum olub

25

May
10:19
ÖLKƏ
322

Neftin qiyməti bahalaşır

25

May
09:36
İQTİSADİYYAT
334

Atəşkəs 23 dəfə pozuldu

25

May
09:25
HƏRB
322
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2020 06:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru