Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2020
13:50
C.Xəlilov: Düşmənin Şuşada andiçmə mərasimi keçirmək planı təxribatdır

Mayın 21-də Şuşada işğaldakı Azərbaycan torpaqlarındakı separatçı rejimin rəhbəri Araik Arutunyanın andiçmə mərasimi keçiriləcək.

Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov baş verənləri ermənilərin növbəti həyasızlığı kimi dəyərləndirib: “Azərbaycanın işğal edilmiş torpaqlarında qondarma qurumun yaradılması, orada saxta seçkilərin keçirilməsi, Şuşada planlaşdırılan andiçmə mərasimi də erməni həyasızlığının növbəti təzahürüdür. Bu faktlar bir daha sübut edir ki, işğalçı rejim beynəlxalq hüquqa nəinki hörmət etmir, bu hüququ nümayişkəranə şəkildə pozur, bununla da beynəlxalq təşkilatlara, dünya nizamına açıq hörmətsizlik sərgiləyir. Şübhəsiz ki, Azərbaycanın işğal edilmiş torpaqlarında belə bir andiçmə məraisiminin keçirilməsi ölkəmizə qarşı növbəti təxribatdır və beynəlxalq birlik bununla bağlı öz mövqeyini ortaya qoymalı, işğalçıya qarşı cəza mexanizmini işə salmalıdır”.

C.Xəlilovun sözlərinə görə, düşmənin mayın 21-də Şuşada keçirməyi planlaşdırdığı andiçmə mərasimi Qarabağ probleminin sülh yolu ilə həlli prosesinə zərbə vumaqla yanaşı, düşmənin münaqişənin danşıqlar yolu ilə həllində maraqlı olmadığını göstərir:

“Şuşada belə bir tədbirin keçirilməsi heç şübhəsiz ki, Qarabağ probleminin həlli ilə bağlı sülh danışıqlarına vurulan ağır zərbədir və bu, düşmənin əsl niyyətini ortaya qoyur. Baş verənlər göstərir ki, rəsmi İrəvan iddia etdiyinin əksinə olaraq, problemin sülh yolu ilə həllində maraqlı deyil və bu danışıqlar beynəlxalq ictimaiyyəti aldatmağa xidmət edir. Odur ki, dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar Ermənistana qarşı daha ciddi təzyiq vasitələrini işə salmalı, ona qarşı sanksiyalar tətbiq etməklə işğalçıya öz yerini göstərməlidir”.

Respublika Veteranlar Təşkilatının sədri hesab edir ki, proseslərin bu şəkildə gedişatı Azərbaycanın "səbr kasasını" daşıra bilər: “Məlumdur ki, Azərbaycan tərəfi dəfərlə bildirib ki, torpaqlarının işğal altında qalması ilə barışmayacaq və lazım gələrsə, problemin həlli üçün bütün vasitələri sınaqdan çıxaracaq. Düşmənin Şuşada andiçmə mərasimi keçirmək planı, habelə bu günə qədərki təxribatları problemə hərbi konteksdə yanaşmaq zərurətini artırır. Bildiyiniz kimi, Azərbaycan güclü bir orduya sahibdir və bu ordu Şuşada andiçmə mərasimi planlaşdıran düşmənə bu torpaqları asanlıqla məzara çevirə bilər. 2016-cı ilin aprel döyüşləri də göstərdi ki, Azərbaycan ordusu işğaldakı bütün torpaqları bir həmlə ilə azad etmək, bu torpaqlarda üçrəngli bayrağımızı dalğalandırmaq qüdrətinə malikdir. Əgər Ermənistan təxribatlardan əl çəkməsə, o zaman aprel məğlubiyyətindən qat-qat ağır və dəhşətli məğlubiyyətə hazır olmalıdır”.

Məqalədə : Cəlil Xəlilov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiyada helikopter sərt eniş edib

26

May
09:44
DÜNYA
468

“Azsığorta”dan oğurluq olub

25

May
13:39
HÜQUQ,HADİSƏ
346
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2020 10:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru