Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2020
15:54
Kiyevdən Bakıya qayıdan 29 Azərbaycan vətəndaşında COVID-19 aşkarlandı

"Məlum olduğu kimi, mövcud qlobal COVID-19 pandemiyası çərçivəsində Azərbaycan Respublikasının xarici ölkələrdə olan və ölkəyə geri qayıtmaq istəyən vətəndaşlarının təxliyəsi davam etdirilir. Bu ilin 14 may tarixində AZAL-ın Kiyev-Bakı çarter reysi ilə 197 vətəndaşımız ölkəyə geri dönüb. Vurğulamaq istərdim ki, geri qayıdan vətəndaşlarımızın hamısı müvafiq müayinədən keçirilib, karantin rejiminə alınıb. Təəssüflə bildirmək istərdik ki, müayinə nəticəsində geri qayıdan vətəndaşlarımızdan 29-da COVID-19 testi müsbət nəticələnib. Hazırda bu vətəndaşlarla əlaqədar zəruri tibbi müdaxilə edilir və təbii ki, onların təmaslarının da karantin rejimində nəzarəti və müayinəsi həyata keçirilir".

Bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

XİN sözçüsü deyib ki, bu, Ümumdünya Səhiyyə Təşkilatının da ciddi tövsiyələrinə uyğun olaraq, özünütəcrid qaydalarına əməl etmənin və mümkün qədər səfərlərdən çəkinmənin vacib olduğunu bir daha göstərir:

"Öz tərəfimizdən dəfələrlə vətəndaşlarımıza olduqları ölkələrdə karantin qaydalarına ciddi əməl olunmasının və səfərlərdən çəkinmənin həm özlərinin və yaxınlarının sağlamlığının qorunması, həm də ölkəmizdə infeksiyanın geniş yayılmasının qarşısının alınması baxımından zəruri olduğunu qeyd etmişik.

Bir daha vətəndaşlarımıza səslənərək öz sağlamlıqlarının, eləcə də Azərbaycan xalqının sağlamlığının təmin edilməsi naminə mövcud müvəqqəti çətinlik şəraitində anlayış nümayiş etdirmələrini, mümkün olduğu qədər olduqları yerlərdə qalmalarını və səfərlərdən çəkinmələrini xahiş edirik".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53037

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51243

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52683

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52365

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57802

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52016

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52417
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2020 00:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru