
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində H. Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Mehriban Rüstəmovanın məktəbdə işləyən müəllimlərin əmək haqlarını mənimsəməsi barədə daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Mehriban Rüstəmovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məktəbdə çalışan ayrı-ayrı müəllimlərə məxsus əməkhaqqı kartlarını qanunsuz ələ keçirib həmin kartlara köçürülmüş pul vəsaitlərini bankomatdan şəxsən çıxarmaqla, habelə müəllimlərin əməkhaqqı kartlarına köçürülmüş aylıq əməkhaqqının əhəmiyyətli hissəsini tələb edərək küllü miqdarda pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakt üzrə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
Məhkəmə qərarına əsasən M. Rüstəmovanın xidməti otağında, ona məxsus Nəsimi rayonunda yerləşən yaşayış evində və avtomobilində keçirilmiş axtarış nəticəsində rəhbərlik etdiyi musiqi məktəbinin müəllimlərinin adlarına olan 40 ədəd plastik kart, müxtəlif ölkələrin valyutalarında saxlanılan 40 min manata yaxın pul vəsaiti, musiqi məktəbinin şagirdlərinin adına olan 36 ədəd şəhadətnamə, məktəbin tarifləşmə və tabel cədvəlləri, əmr kitabı, 1 ədəd «notebook» və iş üçün əhəmiyyət kəsb edən digər sənəd və əşyalar aşkar edilərək götürülüb.
İstintaq zamanı M.Rüstəmovanın müəllimlərin adına olan 40 ədəd əmək haqqına dair plastik kartları özündə saxlayaraq həmin kartlara köçürülmüş pul vəsaitlərini bankomat vasitəsilə ələ keçirərərək mənimsəməsi özünün etirafı, eləcə də iş üzrə toplanmış digər sübutlarla təsdiqini tapıb.
İlkin sübutlara həmçinin M.Rüstəmovanın məktəbin müəllimlərindən qanunsuz yollarla topladığı pul vəsaitinin bir qisminin qabaqcadan əldə edilmiş razılaşmaya uyğun olaraq Bakı şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşına verilməsi, digər qisminin isə özü tərəfindən mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda iş üzrə bütün qanunazidd halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun25-06-2020 15:21 Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİD
18-05-2020 16:30 Korrupsiyaya yol verən məmur barəsində cinayət işi başlanıldı
27-01-2020 13:14 Azərbaycanda təhsil sahəsində baş verən korrupsiya faktları açıqlanıb
23-01-2020 17:38 Transparency International: ABŞ-da dövlət orqanlarında korrupsiya miqyasdan çıxır
15-01-2020 11:20 İcra başçısının korrupsiyaya qarşı mübarizə aparan oğlu işdən çıxarıldı
15-01-2020 10:42 "47 vəzifəli şəxs məsuliyyətə cəlb olunub"
- 26-06-2020 13:03 AİP sədr əvəzi Hacı İlham Əliyevin həbs müddəti uzadıldı
- 25-06-2020 15:21 Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
- 19-06-2020 17:01 Torpaq yolla rayona getməyə cəhd edən 1000 sürücü cərimələnib, 3 nəfər həbs edilib
- 19-06-2020 10:09 Daş karxanasında meyit tapılıb
- 18-06-2020 14:30 Azərbaycan-İran sərhədində atış olub, ölən var
- 18-06-2020 12:08 Karantin qaydalarını pozan şöbə rəisi işdən çıxarıldı
- 18-06-2020 11:44 Ötən gün yol qəzalarında 4 nəfər ölüb
- 18-06-2020 10:36 Qubada iritonlu iki yük maşını toqquşub
- 18-06-2020 09:59 Prokurorluq Tovuz sakininin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı məlumat yayıb
- 17-06-2020 17:09 İcra başçısının arvadının "Azəriqaz"a 80 min manat borcu var - RƏSMİ
- 17-06-2020 14:34 Baş Prokurorluq: KİVDF-də baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
- 17-06-2020 13:51 İcra başçısından vətəndaşlara zorakılıq tətbiq edən polis oğlu ilə bağlı açıqlama
- 17-06-2020 10:28 Bakı metrosunun xidmət rəisi qəfildən ölüb
- 17-06-2020 09:29 Salyanda cinayət törədən şəxs həbs olunub
- 16-06-2020 18:00 Ağsu aşırımında yanğın başlayıb - Əraziyə 2 helikopter cəlb edilib
- 16-06-2020 17:50 Torpaq yolla rayonlara gedib-gələnlər müəyyən edilərək cərimələnəcək
- 16-06-2020 13:58 Xaçmazda əyləncə məclisi təşkil edən şəxslər cəzalandırıldı
- 16-06-2020 12:32 Bakının giriş-çıxışlarında yaranan tıxacın səbəbi bəlli oldu - RƏSMİ
- 16-06-2020 11:36 Balakəndə narkotik əkən şəxslər saxlanılıb
- 16-06-2020 09:14 Aeroport yolundakı qəza tıxaca səbəb oldu
- 13-06-2020 13:27 Rəhim Qazıyevə xəsarət yetirən şəxsin kimliyi məlum oldu
- 12-06-2020 18:09 Məhkəmə Neftçala rayonu icra başçısı barəsində qərar verdi
- 12-06-2020 14:16 Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb
- 12-06-2020 10:15 Bakıda 12-ci sinfi bitirənlərin sayı açıqlandı
- 12-06-2020 09:57 Bakıda həyətdə narkotik plantasiyası aşkarlandı