Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Mart

2020
09:58
Dövlət Miqrasiya Xidməti fəaliyyətini məhdudlaşdırdı

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov facebook vasitəsi ilə vətəndaşlara müraciət edib. 

O, miqrasiya xidmətlərinin əldə edilməsi ilə bağlı qəbul şöbələrinin fəaliyyəti məhdudlaşdırıldığı üçün müraciətlərin müvəqqəti olaraq aşağıdakı formada edilməsini tövsiyə edib:

1. Olduğu yer üzrə qeydiyyat, iş/yaşama icazələri, müvəqqəti olma müddətinin uzadılması, vətəndaşlıq mənsubiyyətin müəyyən edilməsi, vətəndaşlığa, qəbul, bərpa, xitam və digər müraciətlər Xidmətin internet səhifəsi üzərindən elektron qaydada edilə bilər. Qəbul şöbəsinə gətirmək - istədiyiniz sənədlər skan edilir və e-poçt formasında göndərilir.

2. Miqrasiya Xidməti bayram günlərində də tam iş saatında fəaliyyət göstərəcək və müraciətlər cavablandırılacaqdır. Ölkədə olma müddəti bayram günlərində bitən şəxslər həmin günlərdə müraciət edə bilər.

3. Daimi yaşama icazəsinin alınması ilə bağlı müraciət edən şəxslər üçün Azərbaycan dili üzrə hazırlıq kursları müvəqqəti dayandırılmışdır. Hazırlaşmaq istəyən şəxslər hazırlıq materialı və istiqamət üçün (012) 5663774 nömrəsi ilə əlaqə saxlaya bilər.

4. Ümumən xüsusi zərurət yoxdursa yaxın günlərdə qəbul şöbələrinə fiziki müraciətlərin azaldılmasını xahiş edirik.

5. Müraciətlərlə bağlı və ya ümumən Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı hər məsələni dəqiqləşdirmək üçün fasiləsiz rejimdə işləyən 919 Çağrı Mərkəzi ilə əlaqə yaratmağınız xahiş olunur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4781

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3232

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2603

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2163
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 23:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru