Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2020
12:02
`Atam 24 saat işləyir ki, ölkəsinə xidmət etsin` - Oqtay Şirəliyevin qızı

"Məhkəməyə verməyəcəm, baxmayaraq ki, mənim haqqımda yalan məlumatlar yaydıqlarına görə təzminat tələb edə bilərdim".

FaktXəbər bildirir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevin qızı, Moskva vilayətinin qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun professoru Nərmin Şirəliyeva bildirib.

Azərbaycan KİV-lərində onun haqqında yayılan "Oqtay Şirəliyevin qızı xristianlığın erməni təriqətini qəbul edib" kimi informasiyaları şərh edən Nərmin Şirəliyeva bunları deyib:

"Bilirsiz, belə anlarda insan qorxmağa başlayır, sonra isə sən qəzəbi, ağrını, hirsini dəf edirsən, anlayırsan ki, nələrisə ciddi şəkildə dəyişməyin vaxtı çatıb. Düşünün ki, hər hansı bir xəstə və ya yaramaz şüurlu birisi sənin haqqında hər hansı bir cəfəngiyyat söyləyə, fantastik hekayə uydura bilər və bunu informasiya məkanına buraxa bilər, harada ki, bunu ciddi şəkildə müzakirə edən insanlar tapılır. Üstəlik, bu hekayə üçün heç bir sənədli sübutlar lazım deyil, heç olmasa adamın həmin məkanda, həmin vaxtda fotosu olsa... heç nə... ancaq kiminsə sözləri... Mən bütün bayramı, martın 7-dən 9-na kimi Soçidə, istedadlı uşaqlar üçün "Sirius" Təhsil Mərkəzində olmuşam. Beynəlxalq Caz Festivalının, İqor Butmanın qonağı olmuşam.

Yeri gəlmişkən, bu, sosial şəbəkələrdə çox nəzərə çarpır. Mən Olimpiya parkından foto yerləşdirmişdim və "Sirius" elm və incəsənət Parkının rəsmi səhifəsi daxil olmaqla festivalın komandalarının paylaşımlarında da mən varam. Birdən bildim ki, həmin vaxt mən, sən demə, erməni kilsəsində olmuşam, üstəlik, sağlamlığı ilə əlaqədar uzun müddətdir ki, ictimaiyyətə görünməyən Armen Ciqarxanyanla birlikdə. Sual olunur: Əgər sizə tanış olmayan və pislik etməmiş birinə hansısa iyrəncliyi dözülməz dərəcədə etmək istəyisənsə, heç olmasa hazırlaşın, nəsə oxuyun, heç olmasa sosial şəbəkələri oxuyun. Amma yox, başa düşürsüz, bu cür insanlar əvvəldən təhsilli deyillər, onlar özünüinkişaf qabiliyyətindən məhrum olunublar, ümumiyyətlə, hansısa istedaddan məhrumdurlar. Onlar dünyadakı şəri çoxaltmaqla bunun əvəzini çıxırlar.

Xüsusilə xoşagəlməz haldır ki, bu, mənim atama toxunur, hansı ki, sağlamlığını qurban verərərək gündə 24 saat işləyir ki, öz ölkəsinə xidmət etsin, ölkə virusla çətin vəziyyətdən ən az itkilərlə çıxsın. Bundan çıxış yolu bir dənədir - yaxşı işlərdə, yaxşı addımlarda birləşmək, açılışlar etmək və onlar haqqında maraqlı mətnlər yazmaq. Mən onları məhkəməyə verməyəcəm, baxmayaraq ki, mənim haqqımda yalan məlumat yaydıqlarına görə təzminat tələb edə bilərəm - Bunu bu iyrənc hekayənin heç bir yerdə əks olunmaması, çoxalmaması üçün edirəm. Pis əməllər hər zaman daha böyük qisasla qayıdır, yalan danışanların və ədavəti şişirdənlərin başında çatlayır. Buna mənim şübhəm yoxdur".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48548

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46592

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48221

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47836

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53339

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47432

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47815
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-10-2020 01:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru