Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Mart

2020
10:58
İranın birinci vitse-prezidenti Eshaq Cahangiridə koronavirus aşkar olunub

İranın Birinci vitse-prezidenti Eshaq Cahangiri, eləcə də iki nazir koronavirus infeksiyasına yoluxub.

“TASS” xəbər verir ki, bu ölümcül virusa yoluxmuş iranlı məmurların siyahısını dərc edən “Fars” agentliyi bununla bağlı məlumat yayıb.

Söhbət Turizm, Mədəni irs və Sənətkarlıq naziri Əli Əsgər Munesan və Ticarət, Sənaye və Mədənlər naziri Rza Rəhmanidən gedir. Siyahıda, həmçinin İran rəhbəri və ali lider administrasiyasının üzvü Məhəmməd Cavad İrəvaninin də adı yer alıb.

Bundan əlavə, İran parlamentinin yeni tərkibindən səkkiz millət vəkilinin adları da siyahıda dərc olunub. Onlardan ikisi – millət vəkili Fatimə Rəhbər və Məhəmməd Əli Ramazani xəstəlikdən ölüb.

Məqalədə : İran koronavirus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4771

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3227

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2598

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2158
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 22:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru