Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Mart

2020
13:15
Vüqar Bayramov: “Azərbaycan xarici şoklara çevik reaksiya verir”

“Nazirlər Kabinetində keçirilən görüş  Azərbaycanın xarici faktorlara, eləcə də xarici şoklara çox qısa zamanda reaksiya verməsindən xəbər verir”.

Bunu APA-ya açıqlamasında iqtisadçı millət vəkili Vüqar Bayramov deyib.

V. Bayramov bildirib ki, Azərbaycan xarici təsirlərin Azərbaycan iqtisadiyyatına təsirini minimumlaşdırmağa çalışır: “OPEK+ və eləcə də OPEK-ə üzv olmayan ölkələrin anlaşma imzalaya bilməməsi neftin dünya bazar qiymətində kəskin enişlərlə müşahidə olundu. Neft bazarı bu həftəyə praktik olaraq çöküşlə başladı. Neftin dünya bazar qiymətinin dəyişməsi xarici faktor olaraq, Azərbaycan iqtisadiyyatına təsir göstərir. Amma neft bazarında olan volatillik birbaşa Azərbaycan iqtisadiyyatına bağlı məsələ deyil”.

Millət vəkili hesab edir ki, 2014-cü ildən sonra Azərbaycanda qeyri-neft sektorunun inkişafı, eləcə də iqtisadiyyatın diversifikasiyası ilə bağlı aparılan tədbirlər mərhələli şəkildə neftdən asılılığın aradan qaldırılmasına xidmət edib: “2014-cü ildə qlobal neft şoku yaranan zaman Azərbaycan dövlət büdcəsində neft sektorunun payı 80% idisə, bu rəqəm hazırda 50%-dək azalıb, qeyri-neft sektorunun payı praktik olaraq 20%-dən  50%-dək yüksəlib. Bu ondan xəbər verir ki, ötən müddətdə iqtisadiyyatın diversifikasiyası ilə bağlı mərhələli şəkildə addımların atılması, məhz iqtisadiyyatın diversifikasiyasına nail olunması istiqamətində uğurlar əldə edilib. 2014-cü ildən sonra həyata keçirilən siyasət həm də praktik olaraq, Azərbaycanın dövlət rezervlərinin artırılmasına xidmət edib. Bir tərəfdən xarici borc məbləğində azalmalar olub, digər tərəfdən xarici borcun ÜDM-də payı 17 faizədək azalıb. Eyni zamanda Azərbaycanın strateji valyuta ehtiyatlarının 50 milyard dollardan çox olması praktik olaraq, Azərbaycanda dövlət rezervlərinin ÜDM-dən daha çox olmasına gətirib çıxarıb. Bu da təbii ki, xarici şokların təsirlərinin minimumlaşdırılması baxımından vacibdir”.

V. Bayramov qeyd edib ki, son hadisələr Azərbaycanda dərinləşmiş iqtisadi islahatların davam edəcəyini bir daha təsdiq edir: “İqtisadiyyatın şaxələnməsi ilə bağlı islahatların sürətlənməsi bu gün əsas prioritet məsələlərdən biridir. Xüsusilə xarici şokların təsirinin minimumlaşdırılması üçün həm islahatların dərinləşdirilməsi, həm də neft sektorunun iqtisadiyyatda payının azaldılması və iqtisadiyyatın diversifikasiya əsas istiqamətlər olaraq qalacaq. 2019-cu ildə aparılan islahatlar, xüsusilə də kölgə iqtisadiyyatına qarşı mübarizə dövlət büdcəsinə əlavə olaraq, 1 milyard manat vergi daxilolmalarının cəlb edilməsinə imkan verdi. Eyni zamanda bu ilin iki ayında da büdcə daxilolmaları proqnozlaşdırılandan daha çox olub. Bu, qeyri-neft sektorunun hesabına baş verib. Qeyri-neft sektorunda 20%-dən artıq, ÜDM-də 2,8% artım qeydə alınıb. Qeyri-neft sektorunun ÜDM-də artım payı 6,5 %-dən çoxdur. Bu isə ondan xəbər verir ki, qlobal şoklara və dünya neft bazarında volatillik olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatın şaxələnməsi ilə bağlı islahatları davam etdirir. Aparılan islahatlar özünü iqtisadiyyatın strukturunda göstərməkdədir. Bu baxımdan həm çevik reaksiyalar, həm də atılan addımlar növbəti mərhələdə də qlobal şokların, xarici iqtisadi faktorların Azərbaycan iqtisadiyyatına təsirlərini minimumlaşdırmağa imkan verəcək. Ölkəmiz strateji yol xəritəsinə uyğun olaraq, növbəti mərhələdə də iqtisadiyyatın şaxələnməsi və iqtisadi islahatların dərinləşdirilməsi ilə bağlı addımlar atacaq”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14207

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12872

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14265

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13869

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19239

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13743

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13842
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-08-2020 13:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru