
Bu gündən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilib.
Təhsil Nazirliyinin dəstəyilə həyata keçirilən layihə səhər saat 10:00-da yayıma başlayıb.
Teledərslər fasilələrlə saat 16:00-a kimi davam edəcək.
Teledərslər həftənin 5 günü saat 10-dan 16-dək davam edəcək. Teledərslər bütün sinifləri əhatə edəcək, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunacaq.
İbtidai sinif şagirdləri üçün “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi”, “Təsviri incəsənət”, “Xarici dil”, 5-11-ci sinif şagirdləri üçün isə “Azərbaycan dili”, “Riyaziyyat”, “Xarici dil”, “Tarix”, “Coğrafiya”, “Kimya”, “Fizika”, “Biologiya” fənləri üzrə qısa videodərslər təqdim edilir.
Dərslər mart ayının 27-dək həftəiçi hər gün yayımlanacaq. Təhsil Nazirliyi şagirdlərə dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.
“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər.
Qeyd edək ki, tətil zamanı dərs öyrənmək üçün e-dərslik və video dərslərlə zənginləşdirilmiş video.edu.az elektron portallarından istifadə də mümkündür. Təhsil Nazirliyinin www.e-derslik.edu.az portalında 232 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla, ümumilikdə 256 elektron vəsait mövcuddur. Video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı hazırda 28-dir.
Bundan əlavə, Təhsil Nazirliyinin video.edu.az portalına 1280-dən çox video dərslər yerləşdirilib. Portalda 3D animasiyalı videolar, “Khan Academy” dərsləri və qiymətləndirmə sistemli video dərslər mövcuddur. Dərslər yerli və xarici müəllimlərin iştirakı ilə milli kurikuluma uyğun hazırlanır.
Qeyd edək ki, yeni növ koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və preventiv tədbirlər məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi mart ayının 27-dək dayandırılıb.

Sürücünün döyülərək maşınının əlindən alınması iddiasına - Rəsmi cavab
09
Aprel
BMT TŞ-da debatlarda Ermənistanın mina xəritələrini təqdim etməməsi məsələsi qaldırılıb
09
Aprel- 08-04-2021 12:02 Reyhan ABŞ-ın bir neçə nüfuzlu universitetinə qəbul olub
- 08-04-2021 10:25 Məktəblər nə vaxt açıla bilər? - AÇIQLAMA
- 08-04-2021 09:57 Nazirdən məktəblərdə tədrisin dayandırılması barədə yeni açıqlama
- 07-04-2021 12:22 Nazir vaksinasiyanı başa vurmuş məktəblərin adlarını açıqladı - SİYAHI
- 05-04-2021 12:06 Bağçalar sabahdan işləyəcək
- 05-04-2021 11:13 Aprelin 15-dən Azərbaycanda 11 illik baza üzrə buraxılış imtahanları başlayır
- 05-04-2021 09:43 Nazir işləyəcəyini dedi, amma bağçalar bağlıdır
- 05-04-2021 08:54 Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər bağlanır
- 01-04-2021 16:15 Nazirlikdən bağçalarla bağlı açıqlama
- 01-04-2021 15:40 Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronda məktəblər bağlanır - RƏSMİ
- 01-04-2021 15:20 Məktəblər bağlansın, ya yox? - Sorğunun nəticələri açıqlandı
- 31-03-2021 14:10 Qəbul imtahanına qədər 18 yaşı olan oğlanların nəzərinə!
- 31-03-2021 10:22 Bakıda daha üç məktəbdə ənənəvi dərslər bərpa olundu
- 30-03-2021 16:26 Azərbaycanda daha üç məktəb koronavirusa görə bağlandı
- 30-03-2021 11:46 Azərbaycanda diplomlarının tanınmasından imtina edilən xarici universitetlər - SİYAHI
- 30-03-2021 10:29 Bakıda daha 3 məktəbdə ənənəvi dərslər bərpa olunub
- 29-03-2021 12:12 Daha 6 məktəb koronavirusa görə bağlandı
- 29-03-2021 10:05 Bakının 4 məktəbində ənənəvi dərslər bərpa olundu
- 25-06-2020 10:59 Növbəti buraxılış imtahanları başlayıb
- 19-06-2020 18:00 Yalnız onlayn imtahanların keçirilməsinə icazə verilir
- 19-06-2020 16:19 3 nəfər yüksək hərarətə görə, 2 nəfər telefon keçirdiyinə görə imtahana buraxılmadı
- 19-06-2020 11:34 Bu gün keçirilən imtahanların nəticələrinin məlum olacağı tarix açıqlandı
- 19-06-2020 11:05 Dünya Bankından təhsillə bağlı qorxuducu açıqlama
- 19-06-2020 10:43 Təhsil Nazirliyi: Müsabiqənin bu ilki nəticələri ən yüksək göstəricidir
- 19-06-2020 09:00 Bu gün növbəti buraxılış imtahanları keçirilir