Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Mart

2020
12:52
Milli Məclisin sədri seçildi

Bu gün VI çağırış Milli Məclisin ilk iclası keçirilib.

İclasda Milli Məclin sədri, sədr müavinləri seçilib, komitə sədrləri və müavinləri vəzifələrinə seçkilər keçirilib. Səsvermə nəticəsində Sahibə Qafarova Milli Məclisin sədri seçilib.

Qeyd edək ki, Sahibə Qafarova Azərbaycan alimi, filologiya elmləri doktoru, professordur.

1955-ci ildə anadan olub. S.Qafarova M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.

1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır. 2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb. Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru olub.

Sahibə Qafarova ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Filologiyada Gender problemlərinin tədqiqi ilə məşğuldur.

Məqalədə : Sahibə Qafarova 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4915

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3333

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2661

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2198
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 04:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru