Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Mart

2020
12:20
`Boeing`in səhmləri koronavirus və 737 MAX probleminə görə ucuzlaşır

"Reuters" agentliyinə görə, bazar ertəsi "Boeing Co"nun səhmləri 13.4% ucuzlaşıb.

COVID-19 koronavirusunun yayılması səbəbindən qlobal aviasiya sənayesinə təzyiq güclənib. Bundan əlavə, ABŞ tənzimləyiciləri "Boeing-in 737 MAX" təyyarəsinin naqillərinin təhlükəsizliyi ilə bağlı şirkətin açıqlamaları ilə razılaşmadıqlarını söyləyiblər.

Amerika konserni İndoneziya və Efiopiyada 346 nəfərin ölümü ilə nəticələnən "Boeing 737 MAX" təyyarə qəzalarından sonra tarixindəki ən böyük böhranı aradan qaldırmağa çalışır. "Boeing"in ən çox satılan məhsulları keçən ilin mart ayından bəri dünyada dayandırılıb.

Efiopiya müstəntiqləri ötənilki təyyarə qəzası ilə bağlı yeni hesabatlarında qəzanın "737 MAX"ın sistemindəki səhvi göstəriblər.

Tənzimləyicilər əvvəlcədən xəbərdarlıq etmişdilər ki, çox yaxın məftil qoşquları qısaqapanma yarada bilər və pilotların ani reaksiya verməməsi üzündən qəza baş verə bilər. Buna baxmayaraq, "Boeing" fevral ayında "737 MAX"dakı naqilləriin yerini dəyişmək barədə düşünmədiyini açıqlayıb. Səbəb kimi isə "737 NG" təyyarəsinin naqillərinin bənzər şəkildə yerləşdirildiyini və bu təyyarələrin 1997-ci ildən bəri heç bir naqil problemi olmadağı göstərilib.

Bununla yanaşı, səyahət məhdudiyyətləri və koronavirus səbəbindən tələbin ümumi azalması aviaşirkətlərin Çinə uçuşlarını dayandırmasına və ya kəskin şəkildə azaltmasına səbəb olub. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ötən həftə sərnişin aviaşirkətlərinin COVID-19-la əlaqədar bu il 113 milyard dollaradək gəlir itirə biləcəyi barədə xəbərdarlıq edib.

Məqalədə : Boinq təyyarəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43270

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41558

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43199

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42662

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48194

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42711

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43139
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2020 04:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru