Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Mart

2020
14:53
Lənkəran universitetində xlorla dezinfeksiya: `İşçilər az qala boğulacaq`

“İşçilər xlor qoxusundan az qala boğulacaqlar”.

Bunu Lənkəran Dövlət Universitetinin əməkdaşları Qafqazinfo-ya müraciətində bildirib.

Onların sözlərinə görə, koronavirusla bağlı universitetdə dezinfeksiya işləri görülən zaman köməkçi və texniki heyət universitetdə saxlanılıb.

Belə olan halda laborantlar, kargüzarlıq şöbəsinin əməkdaşları universitetdə nəfəs almaqda  çətinlik çəkdiklərini qeyd edib.

Təhsil müəssisəsinin mətbuat katibi Esmira İsmayılova bildirib ki, tapşırığa əsasən, universitetin bütün tədris korpuslarında dezinfeksiya işləri, əsasən, şənbə-bazar günləri aparılır. Həftəiçi isə tibbi-profilaktik tədbirlər həyata keçirilir:

“Qərara əsasən, müəssisədə təlim-tərbiyə prosesi müvəqqəti dayandırılıb. Ancaq bu gün qeyri-iş günü olmadığından bəzi işçilər, məsələn, mühasibatlıq, hansısa kafedranın laborantı, elə özüm də müəyyən müddətlik iş başındayıq.

Bu, o demək deyil ki, həmin şəxslər axşama kimi universitetdə olacaq. İşini bitirən hər kəs çıxa bilər”.

Məqalədə : dezinfeksiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4175

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2938

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2328

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1963
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-04-2020 21:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru