Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Mart

2020
09:31
Sərhəddə qida təhlükəsizliyi məntəqələri yaradılacaq

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Rüfət Rüstəmzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Litva və Latviya respublikalarında səfər edib.

AQTA-dan verilən məlumata görə, səfər çərçivəsində Agentliyin sədr müavini Litva və Latviyanın Qida və Baytarlıq Xidmətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə Azərbaycanın bu ölkədəki səfirliklərinin nümayəndələri də iştirak edib. AQTA-nın sədr müavini R. Rüstəmzadə Agentliyin fəaliyyət istiqamətləri, son illər ölkəmizdə qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. İlin sonuna qədər Azərbaycanda sərhəd keçid məntəqələrinin yaxınlığında qida təhlükəsizliyi məntəqlərinin yaradılacağını diqqətə çatdırıb. Bildirib ki, AQTA bu sahədə olan beynalxalq təcrübəni sərhəd keçid məntəqələrində tədbiq edəcək.

Görüşlərdə qida təhlükəsizliyi məntəqlərinin yaradılması təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Qida təhlükəsizliyi sahəsində gələcək əməkdaşlığın inkişaf perespektivlərindən danışılıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Litvada Vilnus hava limanının sərhəd keçid məntəqəsinə, Medininkaida Belarusla avtoyol, Kenada Belarusla dəmiryol sərhəd keçid məntələrinə, eləcə də Latviyada Paterniekidə Belarusla avtoyol, Terehovada isə Rusiya ilə sərhəd keçid məntəqələrinə baxış keçirib və hər iki ölkənin bu istiqamətdə təcrübəsi ilə yerində tanış olub.

Məqalədə : AQTA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
476

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
447

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
392
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-05-2020 12:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru