Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Fevral

2020
14:22
Şəmkirdə oğru girdiyi evdə 5 gün gecələyib - FOTO

Şəmkirdə Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayında və cari ilin fevral ayında rayon ərazisində 10 fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, əvvəllər məhkum olunmuş, Samux rayon sakini, 40 yaşlı Elfaq Süleymanov rayonun Şiştəpə və Aşağı Seyfəli kəndlərindəki evlərə gizli yolla daxil olaraq oradan qızıl zinət əşyaları və müxtəlif məişət əşyaları oğurlayıb. Saxlanılan şəxs ifadəsində həmin kəndlərin sakinlərinin Rusiyada Federasiyasında olduqlarını bildiyini və ona görə oğurluq üçün həmin kəndləri seçdiyini bildirib. Oğurlanan əşyaların bir qismi maddi sübut kimi istintaqa təqdim edilib.

Onu da əlavə edək ki, Elfaq Süleymanov Şiştəpə kəndində oğurluq məqsədi ilə ilk girdiyi evdə ev sahibinin Rusiyada olmasından istifadə edərək 5 gün qalıb.  

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə : oğru Şəmkir 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4175

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2938

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2328

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1963
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-04-2020 21:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru