Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Fevral

2020
14:20
Novruz bayramı şənliklərinin ləğv olunması xəbərinə RƏSMİ AÇIQLAMA

Koronavirusla əlaqədar dünyada hər gün vəziyyət dəyişir. Buna baxmayaraq, Azərbaycanda Novruz bayramı ilə bağlı hazırlıqlar davam edir. Bayramla əlaqədar şənliklərin, tədbirlərin keçirilməsi hələ qüvvədədir.

Bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib. Onun sözlərinə görə, ötən ilin sonunda Azərbaycana gələn xarici vətəndaşların sayında 10 faizlik artımın olacağı proqnozlaşdırılırdı. Lakin bu il nəzərdə tutulan artımın mümkün olacağı gözlənilmir.

K.Quluzadə əlavə edib ki, ötən il Azərbaycan turizmi mənfi tendensiya ilə başlasa da, bu il müsbət tendensiya müşahidə edilir: "Buna görə də indi koronavirusa görə bu dövrləri müqayisə etmək hələ tezdir. Koronavirus Azərbaycanın sərhədlərinə yeni gəlib. Yanvarda koronavirus Çində var idi, lakin bu, bir o qədər də qlobal səviyyədə deyildi".

Agentlik rəsmisi əlavə edib ki, yanvar ayında Azərbaycana gələn turistlərin sayında 18 faiz artım var idi:

"Fevralda da rəqəmlər müsbət olacaq, çünki bazar bir o qədər də bu virusa reaksiya verməyib. Digər tərəfdən, fevralın iki dekadasında ölkəmizdə İranda virusun yayılma təşvişi də yaşanmayıb. Lakin fevralın 3-cü dekadasında bununla bağlı dünyada vəziyyət dəyişdi. Martın birinci yarısının sonunda tendensiyanın nədən ibarət olacağı, rəqəmlərin necə dəyişəcəyi bilinəcək. Ümid edirik ki, illik rəqəmlərimiz mənfi olmayacaq. Amma bu, hadisələrin gedişatından asılıdır".

Məqalədə : Novruz bayramı koronovirus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4961

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3368

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2687

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2228
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 16:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru