Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2020
12:31
Dəniz kənarında oynayan iki uşağı dalğalar uddu - VIDEO

REN TV kanalında iki uşağın Qara dənizə itməsi ilə  bağlı video yayımlanıb.

Görüntülərdə oğlanların çimərlik yaxınlığında Psezuapse çayının deltasında necə oynadığı görünür. Daha sonra uşaqların dalğaları keçməyə çalışdıqları, ancaq bir anda su altında qaldıqları və dalğaların onları apardığı göstərilir.

Eyni zamanda, video müəllifləri çəkilişləri davam etdirir və uşaqların çıxmasına kömək etməyə çalışmırlar. "Ya Rəbb, bunları çxarsalar yaxşı olar", - deyir.

Yerli sakin Vera Marçenko kanala bildirib ki, əvvəlcə çayın kənarında oynayan uşaqlar sonra adacığa keçiblər. Uşaqların uradan uzaqlaşması üçün qışqırıblar, amma küləyin səsi onlara eşitməyə imkan vermirdi.

Dediyinə görə, uşaqlar bu ərazidə dayaz suyun olacağına ümid edərək adadan o biri sahilə keçməyə çalışıblar. "Biri getdi, büdrəyib sinəsinə kimi suya batdı", deyən Marçenko, güclü dalğanın uşağı dənizə çəkdiyini söyləyib.

Digər oğlan dostunu sudan çıxarmaq istəyib, amma büdrədi, suya batdı və dalğalar təxminən 20 metr məsafədə onu çəkdi. "İkincisi çıxmağa çalışırdı, amma sonra yəqin ki, onun gücü bitdi", -deyən qadın, dərhal dərhal xilasediciləri axtarıb və Fövqəladə Hallar Nazirliyinə zəng edib.

Hadisə fevralın 25-də axşam baş verib. Batan uşaqların 12 və 14 yaşı olub. Güclü fırtına səbəbiylə axtarış və xilasetmə işləri yalnız sahildə aparılır.

Məqalədə : uşaqlar batdı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4936

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3348

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2677

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2223
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 12:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru