Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2020
10:45
Turistlərə koronavirusa görə bu 7 ölkəyə getməmək tövsiyyə olundu

"Express" nəşri koronavirus epidemiyasının tüğyan etdiyi bir vaxtda turistlərin gedə biləcəyi ən təhlükəsiz ölkələrin siyahısını dərc edib.

Bu ölkələr arasında Polşa və Türkiyə də var.

Məqalədə turistlərin uzaq durmaları lazım olan ölkələrdən də bəhs olunur. Bunlar koronavirusla yoluxma riski ən yüksək olan ölkələrdir.

Aşağıda onlar haqqında daha ətraflı danışacağıq.

Çin

Əvvəlcə koronavirus Çinin Uhan şəhərində ortaya çıxıb və hazırda Çində bu virus epidemiya səviyyəsindədir. Buna görə turistlər bu ölkəyə səyahət etməkdən çəkinməlidirlər.

Sinqapur

Sinqapurda 90 koronavirus infeksiyası qeydə alınıb. 53 nəfərin sağalmasına baxmayaraq, mütəxəssislər bu ölkəyə səyahət etməyi məsləhət görmürlər. Üstəlik, Küveyt hakimiyyəti virusun yayılmasından qorxaraq Sinqapur və Yaponiya ilə uçuşları dayandırıb.

Yaponiya

Yaponiyada yoluxma halları paytaxt Tokiodadır. Fevralın 24-ü axşam bu ölkədə yoluxmaların sayı 850 nəfərə çatıb. Bir çox turist virusdan qorxaraq Yaponiyaya getməkdən imtina edir.

Tayland

Taylandda 37 koronavirus infeksiyası qeydə alınıb. Bu yaxınlarda iki yeni yoluxma müəyyən edilib. Eyni zamanda, ölkə hakimiyyətinin qeyd etdiyi kimi, artıq 22 nəfər sağalıb. Ancaq mütəxəssislər turistlərə Taylanda getməyi tövsiyə etmirlər.

Cənubi Koreya

Cənubi Koreyada son məlumatlara görə koronovirus xəstələrinin sayı min nəfəri ötərək 1146 nəfər çatıb. 22 xəstə sağalıb, ancaq ölümlər də olub - 7 xəstə. Qeyd olunur ki, xəstələr arasında hərbi heyət də var, buna görə səlahiyyətlilər onlar üçün karantin tətbiq ediblər.

Malayziya

Ölkə hakimiyyəti virusun öz ərazilərində yayılmasının qarşısını almaq üçün əlindən gələni edir. Gələn turistlərin yoxlamaları gücləndirilir, Çindən gələn turistlər xüsusilə diqqətlə yoxlanılır. Ölkədə 21 virusa yoluxma hadisəsi qeydə alınıb.

İtaliya

Turizm firmaları artıq bir neçə gündür İtaliyaya səfərləri ləğv edib. İtaliya Avropada koronavirusun mərkəzinə çevrilib. Xəstəlikdən 11 nəfər ölüb. Qeyd olunur ki, bir çox avropalı koronavirusa İtaliyaya səfər etdikdən sonra yoluxub.

Məqalədə : koronavirus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4742

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3217

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2592

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2152
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 18:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru