Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Fevral

2020
12:56
Təhsil Nazirliyi kurikulumun ləğv olunacağına dair məlumatlara münasibət bildirib

“Təhsil proqramı (kurikulum) nəyi və necə öyrətməyi, həmçinin qazanılmış bilik və bacarıqların ölçülməsini (məzmun, təlim strategiyaları və qiymətləndirmə standartlarını) tənzimləyən sənəddir. Bu proqramlar təhsil prosesindəki müxtəlif fəaliyyətləri (tədris, təlim, idarəetmə və s.) istiqamətləndirməklə normativ xarakter daşıyır”.

Bu barədə Təhsil Nazirliyindən son zamanlar sosial şəbəkələrdə kurikulumun ləğvi və ya formatının dəyişdirilməsi ilə bağlı yayılan məlumatlarla bağlı bildirilib.

Qeyd edilib ki, proqramlar (kurikulumlar) olmadan təhsil sahəsində müəyyən olunmuş siyasəti vahid istiqamətdə həyata keçirmək mümkün deyil. Çünki həmin sənəd əsasında dərsliklər, metodik vəsaitlər hazırlanır, təlimin təşkili istiqamətləndirilir: "Təhsil proqramları məktəbin, təhsilin tarixi boyu həmişə olub. Təlim prosesində nəyin tədris olunması, onun şagirdlərə aşılanması, nəticələrin qiymətləndirilməsi hər zaman problem olaraq təhsillə məşğul olan insanları düşündürüb və müvafiq proqramların hazırlanmasını tələb edib. Bu, cəmiyyətin təhsil ehtiyaclarını tənzim edən normativ sənəd kimi meydana çıxıb. Ölkədə həmişə olduğu kimi, bu gün də təhsil proqramlarından istifadə edilir. Lakin bu proqramlar daimi xarakter daşımır. Onlar dövri olaraq cəmiyyətin ehtiyac və tələblərinə uyğun dəyişir. Necə ki, hazırda ölkədə təhsil proqramları və standartlarının təkmilləşdirilməsi üzərində iş aparılır".(APA) 

Məqalədə : Təhsil Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
490

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
521

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
547

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
492

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
648

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
505

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
611
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-04-2021 14:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru