Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2020
14:02
Ziyarətə zəvvar aparan şirkətlərə müraciət edildi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi İranda koronavirus təhlükəsi ilə bağlı turizm şirkətlərinə tövsiyələr verib.

Bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M. Qurbanlı bildirib ki, yalnız Həcc ziyarəti  Qafqaz Müsəlmanları İdarəsinin himayəsi altında həyata keçirilir: “Digər müqəddəs yerlərə ziyarətlər turizm şirkətləri tərəfindən təşkil olunur. İran, İraq, Yaxın Şərqdəki müqəddəs dini yerlərə ziyarətlər təşkil edən şirkətlərə tövsiyə etmişik ki, indiki şəraitdə koronavirus təhlükəsini nəzərə alsınlar, həmin yerlərə turist aparılması məsələsinə diqqətlə yanaşsınlar. Bu təhlükəni nəzərə alaraq turist ziyarətlərinin təşkilinə müvəqqəti də olsa, müəyyən məhdudiyyət həyata keçirsinlər".

Komitə sədri qeyd edib ki, hüquqi baxımdan həmin turizm şirkətləri müstəqil fəaliyyət göstərirlər: "Bu şirkətlər yalnız dini ziyarət yerlərinə deyil, digər turistlik yerlərə də turist aparırlar. Ona görə də qanunvericilik baxımından həmin şirkətlərə hər hansı formada qadağa qoymağımız mümkün deyil. Amma bu məsələ ilə bağlı turizm şirkətlərinə tövsiyələr verilib. Turizm şirkətlərininn nümayəndələrini qəbul etmişik və izahat işi aparmışıq. Əminəm ki, vətəndaşlarımız da koronavirus təhlükəsini nəzərə alaraq, gediş-gəlişlə bağlı məsələlərdə daha həssas olacaqlar. Bununla bağlı Səhiyyə Nazirliyinin və bütövlükdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi tövsiyələrə əməl edəcəklər”.

Məqalədə : zəvvar ziyarət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4946

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3353

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2682

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2228
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 14:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru