Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2020
13:42
Nazirdən bələdiyyələrlə bağlı QƏRAR

Nazirdən bələdiyyələrlə bağlı QƏRAR – Vaxt müəyyənləşdirildi

Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 19 mart tarixli qərarı ilə təsdiqlənmiş “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat”da dəyişiklik edilib.

Bu barədə Ədliyyə naziri Fikrət Məmmədov qərar imzalayıb.

Qərarla sənədin 2.5.1-ci bəndində dəyişiklik olunub. Həmin bənd bələdiyyə aktının Konstitusiyaya, qanunlara, Prezidentin fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına zidd olduğu məqamlarla bağlıdır. Əgər bələdiyyə aktı Konstitusiyaya və ölkə başçısının fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına zidd olarsa, qanunvericiliklə müəyyən olunmuş qaydada dəyişdirilməsi və ya ləğv edilməsi barədə onu qəbul etmiş bələdiyyəyə müraciət göndərilir.  Müraciətdə ziddiyyətin məzmunu, onun aradan qaldırılmasına dair təkliflər olmalıdır.  Həmin təkliflərlə bağlı görülmüş tədbirlər barədə məlumat təqdim olunmasının zəruriliyi göstərilməlidir. Bələdiyyə aktının və ya aktlarının surətinin əlavə edilməsi isə vacibdir.

Sənədin əvvəlki variantında müraciət edilməsi üçün müddət göstərilməmişdi. Yeni qərarla isə müraciət bundan sonra 5 iş günü müddətində təqdim olunmalıdır.

Bələdiyyə tərəfindən müraciətə baxılması qaydasında dəyişiklik olub. F.Məmmədovun qərarı ilə həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılmalıdır. Bunun nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilməlidir.

Qərarla 2.5.2-ci bənd də dəyişdirilib.

“Göstərilən ziddiyyət aradan qaldırılmadıqda bələdiyyələrlə iş mərkəzi və regional ədliyyə idarələri tərəfindən müvafiq bələdiyyəyə müraciət edildiyi vaxtdan 15 gün ərzində iddia ərizəsi hazırlanaraq aidiyyəti məhkəməyə göndərilir. Bu barədə müvafiq bələdiyyə dərhal məlumatlandırılır”, - əvvəlki qərarda belə yazılırdı.

Yeni variantda isə “ziddiyyət” sözündən sonra “müəyyən olunmuş müddət ərzində” ifadəsi əlavə olunur.

2.5.3 yarımbənddə yazılırdı ki, bələdiyyə aktlarında yol verilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə bələdiyyəyə tövsiyə məktubu göndərilir.

Yeni sənəddə isə bu cümlə çıxarılıb.

Məqalədə : Fikrət Məmmədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4263

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2949

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2380

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1990
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-04-2020 19:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru