Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2020
09:40
Azərbaycan Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Azərrbaycan atleti Nazim Babayev Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 

Üçtəkanla tullanma növündə çıxış edən 23 yaşlı idmançı buna Fransanın Lyeven şəhərində keçirilən Qış Dünya Turunun yarışında nail olub. 

O, 17,15 metr nəticə ilə gümüş medal qazanıb və olimpiadaya lisenziya üçün nəzərdə tutulan normativi (17,14) keçib. 

Qeyd edək ki, Nazim Babayev 2019-cu ildə Şotlandiyanın Qlazqo şəhərində qapalı manejdə Avropa çempionatında qızıl medal qazanıb. 

Bununla da Tokio-2020-yə lisenziya qazanan Azərbaycan idmançılarının sayı 13-ə çatıb. Babayevdən öncə idman gimnastları Marina Nekrasova ilə İvan Tixonov, bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçü Maksim Şemberev, güllə atıcısı Ruslan Lunyov, güləşçilər Mariya Stadnik (50 kq), Şərif Şərifov (97 kq), taekvondoçu Milad Beiqi Harçeqani (80 kq) və karateçi İrina Zaretska (+61 kq) da bu hüquqa yiyələnib. Həmçinin şosse velosipedində də idmançımıza iştirak hüququ verilib. 

Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçiriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4112

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2903

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2313

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1938
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-04-2020 14:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru