Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2020
14:05
Məhkəmə qərarı ilə tanınmış tikinti şirkətinin mənzilləri hərraca çıxarılır

Bakı Kommersiya Məhkəməsində Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “Park City” MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair şikayətinə baxılıb. 

İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin 12 sentyabr 2019-cu ilə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 480 min manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş edib.   

İddiaçı tələbini onunla əsaslandırıb ki, vergi ödəyicisi olan “Park City” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranıb.

Bununla əlaqədar vergi orqanı tərəfindən vergi ödəyicisinin yaranmış borc məbləğinin beş gün ərzində ödənilməsi tələbi ilə cavabdehə bildiriş verilib. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də büdcəyə ödənilməyib.

İddiaçının vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 11.09.2019-cu il tarixli, 19952184794 nömrəli qərarı ilə “Park City” MMC vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınıb.

Həmin qərara əsasən, cavabdeh “Park City” MMC-yə məxsus tikintisi başa çatmayan yaşayış binasında yerləşən 400 kv.m. sahəsi  olan, hər kv.m. 1200 manat dəyərində olan qeyri-yaşayış sahəsi siyahıya alınıb və bu barədə əmlakın siyahıya alınması haqqında 13.09.2019-cu il tarixli protokol və akt tərtib edilib.

Sonda məhkəmə verilən sübutları nəzərdən keçirərək hesab edib ki, iddia ərizəsi təmin edilməlidir. Bununla da şirkətə məxsus 480 min manat dəyərində mənzillər hərraca çıxarılacaq.(oxu.az)

Məqalədə : tikinti mənzil Park Cit 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4069

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2883

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2308

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1928
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-04-2020 07:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru