Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2020
13:25
Seçicilərin ən az səsini yığan lider namizədlər - SİYAHI

Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı ilkin nəticələrə görə, iki nəfər lider olduğu dairədə seçicilərin 20 faizindən bir az çox səsini toplayıb.

Həmin şəxslər Sabir Rüstəmxanlı və Razi Nurullayevdir.

61 saylı Neftçala Seçki Dairəsinin lider namizədi Sabir Rüstəmxanlı dairə üzrə seçkidə səs verənlərin cəmi 21.4 faizinin səsini toplayıb. Həmin dairədə seçiciərin sayı 42 min 619 nəfərdir.

79 saylı İmişli Seçki Dairəsinin lider namizədi Razi Nurullayevin nəticələrində isə cüzi dəyişiklik olub.

Belə ki, MSK-nın lider namizədlər siyahısı ilə bağlı cədvəlində ilk vaxtlar Razi Nurullayevin 20.9 faiz səslə qalib olduğu yazılırdı. İndi isə MSK-nın saytında Razi Nurullayevin 21.4 faiz səs topladığı göstərilir. Həmin dairədə 41 min 804 seçici var.

Qeyd edək ki, MSK 79 saylı İmişli Seçki Dairəsinin beş seçki məntəqəsinin nəticələrini etibarsız sayıb.

47 saylı Mingəçevir Seçki Dairəsinin lider namizədi Aydın Mirzəzadə isə seçicilərin 30.1 faizinin etimadını qazanıb. Həmin dairədə 37 min 745 seçici qeydiyyatdadır.

41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən namizəd Hicran Hüseynova bu dairə üzrə seçicilərin 32.6 faizinin səsini qazanıb. Hicran Hüseynovanın qalib olduğu dairədə 43 min 149 seçici var.

34 saylı Xətai İkinci Seçki Dairəsinin favoriti Mixail Zabelin seçilərin 35.2 faizinin səsini yığıb. Əvvəl isə onun seçicilərin 35.1 faizinin səsini yığdığı açıqlanmışdı. Bu dairədə 43 min 913 nəfər səsvermə hüququna malikdir. Mixail Zabelinin lider namizəd olduğu dairənin yeddi məntəqəsinin nəticələri etibarsız sayılıb.

Qeyd edək ki, ölkə üzrə seçkiyə ümumilikdə 2 milyon 547 min 982 seçici qatılıb. Bu isə ümumi seçicilərin 47.81 faizini təşkil edir. Azərbaycanda seçicilərin sayı 5 milyon 329 min 460 nəfərdir.

Məqalədə : seçki 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 3-cü gününün duası - AUDİO

15

Aprel
20:00
MƏNƏVİYYAT
90

ABŞ-ın dövlət katibi İraqa gedib

15

Aprel
15:59
DÜNYA
286

"Türk Hava Yolları" Rusiyaya uçuşları dayandırıb

15

Aprel
15:30
BÖLMƏNİ DÜZ SEÇ!
196

“Zəfər yolu”nun inşasından son - Fotolar

15

Aprel
13:09
NƏQLİYYAT
226

Türkiyənin yeni səfiri Bakıya gəlir

15

Aprel
12:29
SİYASƏT
518

Ramazan orucu nə zamandan tutulur?

15

Aprel
11:59
MƏNƏVİYYAT
310

Vilayət Eyvazov şəhid oğluna vəzifə verdi

15

Aprel
11:52
HÜQUQ,HADİSƏ
268

Azərbaycan nefti kəskin bahalaşıb

15

Aprel
10:59
İQTİSADİYYAT
347

Tokio-2020 ləğv oluna bilər

15

Aprel
10:37
DÜNYA
373
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-04-2021 20:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru