Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Fevral

2020
18:00
FHN Badamdar sürüşmə sahəsində görüləcək işləri açıqlayıb

“Badamdardakı sürüşmə sahəsində 2018-ci ildə yenidən aktivləşmə baş verib. Buna səbəb kanalizasiya sularının və digər suların təsirindən yeraltı suların səviyyəsinin qalxmasıdır". 

Bunu Badamdardakı sürüşmə ilə bağlı APA-ya açıqlama verən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Azərinşaat Layihə İnstitunun Geoloji şöbəsinin rəisi Samir Vəliyev bildirib. O qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi Yaponiyanın “Shinyei Kaisha” və “Oyo corporation" şirkətlərinin əməkdaşları ilə birlikdə həmin ərazidə yenidən tədqiqat işləri aparıb və müvafiq layihə işləri həyata keçirib: “Layihə işlərinə əsasən, yamacın qaş hissəsindən yuxarıda diametri 3,5, dərinliyi 30 metr olmaqla dərin drenaj quyuları qazılmalı idi. Bundan sonra layihəyə uyğun olaraq həmin quyuların içərisində 5-7 dərəcə bucaq altında, uzunluğu 40-50 m olan 75 mm dərinlikdə drenaj quyuları qazılaraq həmin ərazidən yeraltı suların kənarlaşdırılması, təbii axın təşkil ediləcək. Son zamanlar isə ərazidə atmosfer çöküntülərinin artması, yenə də kanalizasiya sularından olan sızmalar hesabına kütlə üzərində müəyyən uçqunlar əmələ gəlib. Bu səbəbdən də layihənin həyata keçirilməsi ləngiyib”. 

Samir Vəliyev deyib ki, qazılacaq quyular üçün lazım olan ləvazimatlar Yaponiyadan sifariş olunub: “Çünki quyular qazıldıqda insan təhlükəsizliyi baxımından bərkitmə işləri aparılmalıdır. Sifarişin mart ayının əvvəlində gəlməsi planlaşdırılır. Bu ləvazimatlar gəldikdən sonra həmin drenaj quyularının qazılması həyata keçiriləcək. Layihə əsasında sürüşmə sahəsi üzərində 1:1 nisbətində terraslar yaradılacaq, sürüşmə kütləsində artıq yüklər sahədən kənarlaşdırılacaq və üzərində ankerləmə işləri aparılmaqla 15 sm qalınlığında beton təbəqə töküləcək. Bununla da sürüşmə sahəsində dayanıqlıq təmin edilmiş olacaq”. 

Şöbə rəisinin sözlərinə görə, hazırda sürüşmə sahəsində müşahidə quyuları var: “Bundan əlavə, FHN tərəfindən sürüşmənin qaş hissəsindən yuxarıda müxtəlif dərinliklərdə drenaj quyuları qazılmışdı. Drenaj quyularında avtomatik rejimdə işləyən nasoslar quraşdırılıb. Quyularda aparılan müşahidələr göstərdi ki, yeraltı suların səviyyəsi qalxır. Sürüşmə sahəsində yeraltı suların səviyyəsinin qalxması mühəndis-geoloji şəraitə təsir göstərirdi. Bu səbəbdən hələ ki, layihələr həyata keçirilmir. Yuxarıda 30 metr diametrlik quyular qazıldıqdan sonra yeraltı sular sahədən kənarlaşdırılacaq və ondan sonra bütün yamac boyu bərkitmə işləri həyata keçiriləcək”.

Sürüşmə kütləsində ağacların əkilməsi məsələsinə gəldikdə S.Vəliyev qeyd edib ki, bu cür ərazilərdə ağacların əkilməsi əlverişli deyil: “O cür ərazidə dekorativ ağaclar əkilə bilər. Amma sürüşmə prosesi daha dərinliklərdə baş verir, yəni ağacların kökü gedib yamaclarda bərkitmə işləri apara bilməz. Ona görə də bu ərazilərdə yamac bərkitmə işlərinin aparılması vacibdir”. 

Şöbə rəisi ötən gün Badamdarda baş verən torpaq uçqunu ilə bağlı məsələyə də münasibət bildirib. O deyib ki, Badamdar qəsəbəsi, 3-cü massiv 17-ci küçə adlanan ərazidə vətəndaşın şikayəti əsasında həmin əraziyə baxış keçirilib: “Hazırda FHN əməkdaşları tərəfindən ərazidə müşahidələr aparılır. Ərazidə baş verən uçqun prosesidir, sürüşmə deyil. Mütəxəssislər tərəfindən aparılacaq yekun müşahidələr və təhlildən sonra bu barədə məlumat veriləcək”.

Məqalədə : FHN Badamdar sürüşmə sahəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54938

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
53004

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54425

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
54179

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59619

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53858

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
54195
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-12-2020 01:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru