Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Fevral

2020
11:38
İnstaqramda meyxana ilə narkomaniyanı təbliğ kişi saxlanıldı

Abşeron rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Sosial şəbəkələrdə narkotik vaistələrini təbliğ edən şəxsi Mehdiabad Polisi ələ keçirib.

Belə ki, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Məmmədli kənd sakini, 54 yaşlı Abidin Məhərrəmov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs, narkotik vaisələrin qanunsuz dövriyyəsi ilə yanaşı, həmçinin "Facebook" və "İnstaqram" sosial şəbəkələrində meyxana sədaları altında onun təbliğini həyata keçirib.

A.Məhərrəmov "İnstaqram"da açıq-aşkar narkotik vasitənin təbliğini özündə əks etdirən video görüntüdə paylaşıb. Mehdiabad Polis bölməsinin əməkdaşları, dərhal A.Məhərrəmovun yerini müəyyən edərək onu saxlayıb. Üzərinə və yaşadığı Məmmədli kəndindəki evinə baxış keçirilən zaman oradan xüsusi bükümdə narkotik vasitə hesab edilən, təqribən, çəkisi 2 kq-a yaxın marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

54 yaşlı kişi bu kimi faktlarla Polis bölməsinə gətirilərək istintaqa təhvil verilib. Saxlanılan şəxs narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Məqalədə : İnstaqram 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4112

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2903

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2313

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1938
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-04-2020 14:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru